Canlı quruluşundakı məlumat və materializmin sonu

Təkamül nəzəriyyəsi mövcud olan hər şeyin yalnız maddədən ibarət olduğunu iddia edən materialist fəlsəfəyə əsaslanır. Bu fəlsəfəyə əsasən maddə əbədi və əzəlidir. Materialistlər bu iddialarını “reduksionizm” fəlsəfi cərəyanı ilə sübut etməyə çalışırlar. Reduksionizm qeyri-maddi məfhumların da maddi faktorlarla izahının mümkün olduğunu deyir.

Məsələn, insan zehnini əllə tutmaq, gözlə görmək mümkün deyil. Bundan əlavə, beynimizdə "zehin mərkəzi"də yoxdur. İstər-istəməz zehnin maddi məfhum olmadığı qənaətinə gəlirik. Yəni düşünən, sevən, əsəbiləşən, kədərlənən, zövq alan, əzab çəkən“mən”kreslo, masa və ya daş kimi maddi varlıq deyil.
Materialistlər isə zehnin reduksiya olunacağını, yəni sadələşdirilərək maddəyə çevrilə biləcəyini iddia edirlər. Materializmə əsasən, bizim düşünmə, sevmə, kədərlənmə və digər zehni fəaliyyətlərimiz, əslində beynimizdə baş verən kimyəvi reaksiyalar nəticəsində meydana çıxır.Yəni beynimizdəki hüceyrələrdə gedən bir kimyəvi reaksiya nəticəsində biz sevir, başqa bir kimyəvi reaksiya olduqda isə qorxuruq. Məşhur materialist filosof Karl Voxt (Carl Vogt)bu barədə öz fikirlərini belə ifadə edir: "Qaraciyər öd mayesi ifraz etdiyi kimi beyin də düşüncə ifraz edir".16 Lakin Karl öd mayesinin maddi, düşüncənin isə qeyri-maddi məfhum olduğunu unudur.

Reduksionizm ancaq məntiqi izahatlara əsaslanır. Məntiqlə irəli sürülən fikir həm doğru, həm də yanlış ola bilər. Buna görə də burada bizi maraqlandıran əsas məsələ reduksionizmin elmlə uyğun olub-olmamasıdır.

19-cu əsrdə materialist alimlər elmin reduksionizmi asanlıqla təsdiqlədiyini deyirdilər.Ancaq 20-ci əsrdə elmin inkişafı onların bu düşüncələrini darmadağın etdi. Bu, təbiətdə mövcud olan və əsla maddələrə (maddələrə sözünə məncə gərək yoxdu) sadələşdirilməyən "məlumat"dır.

Maddə məlumat yarada bilməz

Daha əvvəl DNT-in çox böyük məlumat “bankı”olduğunu qeyd etmişdik. Bu bank orqanizmdə millimetrin yüz mində biri qədər kiçik yer tutmasına baxmayaraq, bədəninbütün fiziki məlumatlarını daşıyır. Eyni zamanda canlı vücudunda bu məlumatları oxuyan, izah edən və buna uyğun fəaliyyət göstərən sistem mövcuddur. DNT-dəki məlumat müxtəlif fermentlər tərəfindən "oxunur" və bu məlumata uyğun zülal istehsal edilir. Bədənimizdə hər saniyə milyonlarla zülal istehsalı məhz bu sistem vasitəsilə həyata keçirilir. Bu sistem sayəsində ölü göz, qan və s. hüceyrələrimiz yeniləri ilə əvəz edilir.
Burada materializmin iddiası DNT-dəki məlumatın maddələrə sadələşdirilməsidir. Bəs maddələrə parçalandığı iddia edilən DNT-in ehtiva etdiyi məlumatın da maddənin təsadüfi qarşılıqlı reaksiyası nəticəsində meydana gəlməsi məqbul hesab edilə bilərmi?

20-ci əsrdə aparılan bütün elmi tədqiqatların, müşahidələrin və təcrübələrin nəticələri bu suala qəti şəkildə "xeyr" cavabını verdi. Alman Federal Fizika və Texnologiya İnstitutunun nümayəndəsi Prof. Dr. Verner Qitt (Werner Gitt)öz fikrini belə izah edir:
“Kodlaşdırma sistemi hər zaman zehni müddətin məhsuludur. Bir məqama diqqət yetirilməlidir, maddə məlumat kodu yarada bilməz. Bütün təcrübələr məlumatın meydana gəlməsində azad iradəsini, mühakiməsini və yaradıcılığını istifadə edən bir ağılın varlığını sübuta yetirir...Maddənin məlumat yarada bilməsi üçün məlum olan heç bir təbiət qanunu, müddət ya da maddi hadisə yoxdur...Məlumatın öz-özünə ortaya çıxması üçün heç bir təbiət qanunu və ya fiziki müddət mövcud deyil.”17
Verner Qittin bu ifadələri ilə son 20-30 ildə inkişaf etmiş və termodinamikanın bir qolu kimi qəbul edilən informasiya nəzəriyyəsinin əldə etdiyi nəticələr üst-üstə düşür. İnformasiya nəzəriyyəsi kainatdakı məlumatın forma və mənşəyini araşdırır. Uzun tədqiqatlardan sonra məlumatın maddədən fərqləndiyi, maddə ilə izahının mümkün olmaması aşkarlandı. Məlumatın və maddənin mənbəyi ayrı-ayrı araşdırılmalıdır."

Məsələn, hər hansı bir kitabın mənbəyini araşdıraq. Bu kitab kağızdan, mürəkkəbdən və içindəki məlumatdan ibarətdir. Kağız və mürəkkəb maddi məfhumlardır. Kağız sellülozadan, mürəkkəb isə müxtəlif kimyəvi maddələrdən əldə edilir. Ancaq kitabdakı məlumat maddi deyil və maddi mənbəyə əsaslanmır. Hər bir kitabdakı məlumatın mənbəyi o kitabı yazan insanın zehnidir.
Bundan başqa, zehin kağız və mürəkkəbdən necə istifadə etməyi də müəyyənləşdirir. Kitab əvvəlcə zehində formalaşır. Yazıçı zehnində kitabın planını, məzmunu qurur. Daha sonra bu fikirləri vərəqə köçürməklə maddi məfhuma, yəni qələm, kompyuter və s.vasitələrlə zehnindəki məlumatı hərflərə çevirir. Sonra mətbəədə kağız və mürəkkəbdən ibarət kitab kimi çap olunur.
Belə ümumi nəticəyə gəlirik ki, əgər maddə özündə məlumat ehtiva edirsə, bu məlumat bir ağıl tərəfindən nəql edilmişdir. Yəni məlumatdan əvvəl ağıl vardır. O ağıl məlumatı maddəyə nəql etmiş və yaratmışdır."

Təbiətdəki məlumatın mənbəyi

Elmin əldə etdiyi bu nəticəni təbiətə tətbiq etdikdə mühüm bir həqiqətlə üzləşirik. Çünki təbiət DNT kimi böyük məlumat bankıdır və bu məlumat sadələşdirilərək maddəyə çevrilə bilmir. Deməli məlumat daha üstün bir mənbədən gəlir.
Təkamül nəzəriyyəsinin qatı müdafiəçilərindən olan olan Corc C. Uilliams (George C. Williams) əksər materialistin və təkamülçünün qulaq ardına vurduğu bu həqiqəti qəbul edir. Uilliams uzun illər materializmi fanatik şəkildə müdafiə etmişdir.Ancaq 1995-ci ildənəşr edilən məqaləsində fərziyyələrinin yanlış olduğunu belə ifadə edir:
“Təkamülçü bioloqlar indiyə qədər iki müxtəlif sahə: maddə və məlumat üzərində çalışdıqlarını anlamayıblar. Bu iki sahəni reduksiya düsturu ilə uzlaşdırmaq mümkün deyil... Genlər maddi obyektdən çox məlumat paketidir... Biologiyada gen, genotip və gen hovuzlarından bəhs edərkən fiziki obyektlərdən deyil, məlumatdan danışırıq. Bu, məlumat və maddənin iki fərqli sahə olduğunu göstərir. Bu sahələrin mənşəyi də ayrı-ayrı araşdırılmalıdır.

Buna görə təbiətdəki məlumatın mənbəyi materialistlərin fərz etdiyi kimi maddənin özü ola bilməz, yəni məlumatın mənbəyi maddə deyil, maddədən daha üstün Ağıldır. Bu Ağıl maddədən əvvəl mövcuddur. Maddə Onun məlumatı ilə yaranmış, formalaşmışdır. Bu Ağıl sahibi bütün aləmlərin Rəbbi olan Allah`dır.

...

© 2016 | Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb