Darvinizm DNT-nin mənşəyini və müxtəlifliyini izah edə bilməz

DNT-nin necə yarandığını açıqlaya bilməyən təkamülçülər genetika ilə bağlı bütün suallar qarşısında aciz qalırlar. Belə ki, balıq, sürünən, həşərat, bitki, quş və ya insan kimi canlıların fərqli genetik məlumatlara sahib olmasını təkamülçülər əsla cavablandıra bilmirlər. DNT-dəki məlumatların uzun illər ərzində baş verən təsadüflərlə artdığını və bərabərləşdiyini iddia edirlər. Bəhs edilən təsadüflər isə mutasiyalardır. Mutasiya DNT-də radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn dəyişikliklərdir. Bəzən DNT zəncirinə təsir edən radioaktiv şüa buradakı bir və ya bir neçə zənciri qırır və ya yerini dəyişdirər. Təkamülçülərə görə canlılar bir DNT-nin mutasiyalarla (yəni qəzalar) müxtəlifləşməsi nəticəsində meydana gəlmişlər.

İddianın əsassızlığını göstərmək üçün DNT-ni kitabla müqayisə edək.Yuxarıda DNT məlumatlarının kitabdakı kimi yan-yana düzülmüş hərflərdən ibarət olduğunu qeyd etmişdik. Mutasiyalar bu “kitabın” yazılması zamanı yaranan hərf səhvlərinə oxşayır. Belə bir təcrübə keçirək: Dünya tarixi kitabının üzünü kompyuterə köçürək. Köçürmə zamanı kitabın üzünü köçürənə gözlərini bağlayıb klavituranın düymələrini təsadüfən basmağı tapşıraq. Beləliklə, eyni mətn üzərində daha bir neçə insan bu təcrübəni təkrarlasın. Bu üsulla kitabı bir neçə min dəfə əvvəldən axıra kimi köçürək, hər dəfə də mətnə bir neçə təsadüfi hərf əlavə edək...

Sizcə tarix kitabı bu üsulla inkişaf edə bilərmi? Məsələn, kitabda “Qədim Çin Tarixi” adlı yeni bölmə əmələ gələ bilərmi? Əlbəttə ki, əlavə etdiyimiz hərf səhvləri nəinki kitabı mükəmməlləşdirməyəcək, hətta oxunmaz vəziyyətə salacaq. Səhv kopyalama əməliyyatını nə qədər təkrarlasaq, bir o qədər kitab mənasını itirəcəkdir.

Ancaq təkamül fərziyyəsi iddia edir ki, “hərf səhvləri bir kitabı korlamaz, əksinə inkişaf etdirər”. Təkamülə görə DNT-də üst-üstə meydana gələn mutasiyalar (səhvlər) təsadüfən faydalı nəticələr yaratmışdır. Məsələn canlılara göz, qulaq, qanad, əl kimi orqanları, düşünmək, öyrənmək, məntiqli fikir yürütmək kimi şüur tələb edən xüsusiyyətləri qazandırmışdır.

Şübhəsiz, bu iddia Dünya tarixi kitabına təsadüfi hərflər yazmaqla “Qədim Çin Tarixi” bölməsinin əlavə olunmasından daha ağlasığmazdır. Qeyd edək ki, nizamlı şəkildə mutasiya meydana gətirən mexanizm yoxdur. Təbiətdə mutasiyalar nadir hallarda baş verir.

Təkamül nəzəriyyəsinin canlıların mənşəyi haqqındakı açıqlamaları da elmə, ağıla və məntiqə zidd iddialardır. Bu həqiqəti qəbul edən Fransa Elmlər Akademiyasının keçmiş direktoru məşhur fransız zooloq Pier Pol Qrasse təkamülçü olmağına baxmayaraq darvinizm nəzəriyyəsinin canlıların mənşəyini açıqlaya bilmədiyini müdafiə edir. Darvinizmin əsasını təşkil edən “təsadüf” məntiqi haqqında öz fikirlərini belə ifadə edir:

“Mutasiyaların heyvanların və bitkilərin ehtiyacını təmin etdiyinə inanmaq həqiqətən çox çətindir. Ancaq darvinizm daha artığını istəyir: Tək bir məlumat, tək bir heyvan minlərlə tam faydalı təsadüflərə məruz qalmalıdır. Yəni möcüzələr adi hala çevrilməli, çox kiçik ehtimallar asanlıqla reallaşmalıdır. Xəyal qurmağı qadağan edən qanun yoxdur, ancaq elm bu işə daxil edilməməlidir.”

Həqiqətən də, cansız maddələrin öz-özünə birləşərək DNT kimi möhtəşəm sistemlərə sahib canlıları yaratdığını iddia edən təkamül nəzəriyyəsi cəfəngiyyatdan başqa bir şey deyil.

Bütün bunlar bizi açıq-aydın bir nəticəyə gətirib çıxarır. Həyatın planı (DNT) varsa və bütün canlılar bu plana uyğun yaradılıblarsa, bu planı dizayn edən üstün bir Yaradıcı vardır. Yəni bütün canlılar, sonsuz bir güc və ağıl sahibi Allah tərəfindən yaradılmışdır. Allah Quranda bu həqiqəti belə bildirmişdir:

“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.” (Həşr surəsi, 24)

İnsanlar bugün ən müasir texnologiyanın imkanlarından istifadə edərək Allah`ın DNT-də təcəlli edən elmindən yalnız kiçik bir hissəni öyrənmək üçün cəhd edirlər.

Təkamülçülərin etirafları

Yuxarıda da qeyd etdiyimiz kimi, mükəmməl quruluşa malik DNT molekulunun necə yaranması təkamülçülərin cavablandırmaqda aciz qaldıqları minlərlə sualdan biridir. Bütün canlıları təsadüflərlə açıqlamağa çalışan təkamül nəzəriyyəsi DNT-də nizamlı və qüsursuz kodlanmış məlumatın mənbəyini qətiyyən izah edə bilmir. Buradakı tək problem DNT zəncirinin necə ortaya çıxmağı da deyil, çünki DNT zənciri içindəki məlumatlarla birlikdə mövcud olsa belə, bu, təklikdə heç bir şeyə aydınlıq gətirmir. Mütləq bu zəncirini oxuyan, kopyalayan və bu kopyalara uyğun zülallar istehsal edən fermentlər (hüceyrədə müəyyən funksiyalar daşıyan və vəzifəsini robot həssaslığı ilə yerinə yetirən böyük molekullar) də mövcud olmalıdır. Yəni canlıların mövcud olmağı üçün həm DNT adlandırdığımız məlumat bankı, həm də bu bankdakı məlumatları oxuyaraq istehsal prosesini yerinə yetirən aparatlar olmalıdır. Daha da maraqlısı isə, DNT-dəki məlumatlara uyğun zülal istehsal edən fermentlər özləri də DNT-dəki kodlara uyğun istehsal olunurlar. Yəni hüceyrənin içində elə bir fabrik vardır ki, həm növbənöv məhsullar istehsal edir, həm bu istehsalatı yerinə yetirən robot və aparatları inşa edir.

Kiçik bir çatışmazlıqdan yararsız vəziyyətə düşən bu sistemin necə ortaya çıxdığı sualı belə təkamül nəzəriyyəsini yerlə bir etməyə kifayətdir.

Alman təkamülçü Duqlas Hofştadter (Douglas R. Hofstadter) bu sual qarşısındakı çarəsizliklərini belə etiraf edir.

“Genetik məlumat onu şərh edən mexanizmlərlə (ferment və digər molekulyar orqanoidlərlə) birlikdə necə meydana çıxdı? Bu sual qarşısında özümüzü cavabla deyil, heyranlıq və təəccüb hissləri ilə məmnun etməliyik.”

Məşhur təkümlçü molekulyar biologiya üzrə mütəxəssis Lesli Orqel (Leslie Orgel) bu həqiqəti daha açıq ifadə edir:

“Son dərəcə kompleks quruluşa sahib olan fermentlərin və nukleik turşularının (RNT və DNT) eyni yerdə və eyni vaxtda təsadüfən əmələ gəlməsi ehtimal belə oluna bilməz. Ancaq bunlardan biri olmazsa digərini əldə etmək mümkün deyil. Dolayısı ilə, insan həyatın kimyəvi yollarla yaranmasının qeyri-mümkün olduğunu etiraf etməyə məcbur olur.”

Həyatın kimyəvi yollarla yaranmasının qeyri mümkün olduğunu” demək “həyatın öz-özünə əmələ gəlməsinin qeyri-mümkün olduğunu”qəbul etməkdir. Bu həqiqət canlıların şüurlu şəkildə yaradıldığına sübutdur. Ancaq təkamülçülər bu həqiqəti sırf ideoloji səbəblərdən qəbul etmirlər. Allah`ın varlığını qəbul etməmək üçün uydurma ssenarilərə inanırlar.

Bir başqa təkamülçü Caryl P. Haskins isə DNT kodunun təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünü və bu həqiqətin yaradılışa tutarlı dəlil olduğunu belə ifadə edir:

“Biokimyəvi genetikada təkamülə aid həyati suallar hələ də cavabladırılmamışdır. Genetik kod ilk dəfə necə yaranıb və təkamül keçirib? Bütün orqanizmlərdə həm DNT-nin təkrarlanması, həm də genetik kodun oxunması prosesləri fermentlərə ehtiyac duyur. Eyni zamanda bu fermentlərin molekulyar quruluşunun DNT-də qüsursuz şəkildə qeyd edilməsi mühüm təkamülçü sirri ortaya çıxardır. Kod və kodun oxuması prosesi təkamüllə öz-özünə yaranıb? Belə bir təsadüfün baş verməsinə inanmaq ağılsızlıqdır. Bu sual Darvindən əvvəl də, sonra da təkamüldən şübhələnənlər üçün xüsusi yaradılışa ən güclü sübut olmuşdur."

Təkamül nəzəriyyəsinin etibarsızlığından bəhs edən “Evolution: A Theory in Crisis” (Təkamül: Böhran içində nəzəriyyə) adlı kitabın yazıçısı məşhur bioloq prof. Maykl Denton (Michael Denton) darvinistlərin cəfəng fərziyyəsindən belə bəhs edir:

“Ali canlıların genetik sistemlərinin quruluşu milyardlarla bit (komputer vahidi) məlumata və ya min cildlik bir kitabxananın içindəki bütün hərflərin düzülüşünə bərabərdir. Bu cür kompleks orqanizmləri əmələ gətirən trilyonlarla hüceyrənin inkişafını müəyyənləşdirən, əmrlər verən və nəzarət edən saysız-hesabsız mürəkkəb funksiyanın təsadüflə əmələ gəldiyini iddia etmək isə insan ağlına yönəlmiş hücumdur. Ancaq bir darvinist bu fərziyyəni zərrə şübhə duymadan qəbul edər!”

Həqiqətən də, darvinizm ağla və məntiqə tamamilə zidd olan batil inancdır. Hər bir ağıllı insan istər DNT-ə, istərsə də təbiətin hər hansı bir guşəsinə baxsa böyük bir həqiqətin dəlillərini görər: İnsan və bütün canlılar aləmlərin Rəbbi olan uca Allah tərəfindən yaradılmışdır.

Təkamülçülərin çarəsizliyinə daha bir nümunə: “RNT ssenarisi”

Təkamülçülər ilk canlı hüceyrənin necə yarandığına aid XX əsrin əvvəllərindən etibarən müxtəlif fərziyyələr irəli sürürlər. Bu barədə ilk təkamülçü tezisi rus bioloq Oparin irəli sürdü. Oparin öz tezisində qeyd edirdi ki, milyonlarla il əvvəl ibtidai dünyada bir sıra təsadüfi kimyəvi reaksiyalar nəticəsində zülallar meydana gəldi. Bu zülallar da birləşərək hüceyrələri yaratdı. Oparinin 1930-cu illərdə ortaya atdığı bu iddianın əsassızlığı 1970-ci illərdəki kəşflərlə sübuta yetirildi: Oparinin “ibtidai atmosferi”ndə orqanik molekulların əmələ gəlməsinə şərait yaradan metan və ammonyak qazları vardı. Ancaq ibtidai atmosferin metan və ammonyak əsaslı olmadığı, əksinə orqanik molekulları parçalayan oksigenlə zəngin olduğu müəyyənləşdi.

Bu kəşf molekulyar təkamül nəzəriyyəsi üçün böyük zərbə oldu. Miller, Foks, Ponnamperuma kimi təkamülçülərin “ibtidai atmosfer” təcrübələrinin saxta olduğu aşkara çıxdı. Buna görə 80-ci illərdə təkamülçülər başqa saxtakarlıqlara əl atdılar. İlkin olaraq zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini iddia edərək “RNT dünyası” ssenarisini uydurdular. 1986-cı ildə harvardlı kimyaçı Ualter Qilbertin (Walter Gilbert) irəli sürdüyü bu ssenariyə əsasən özü-özünü kopyalayan RNT molekulu milyard illər əvvəl təsadüfən meydana çıxıb və ətraf mühitin təsiri ilə birdən-birə zülal istehsal etməyə başlayıb. Daha sonra məlumatları saxlamaq üçün ikinci molekula ehtiyac duyduğu üçün qəflətən DNT molekulu ortaya çıxıb. Xəyalların belə yanında aciz qaldğı bu ssenari həyatın başlanğıcına izahat gətirmək əvəzinə problemi daha da böyütdü və bir çox cavabsız suallar yarandı:

  • RNT-ni əmələ gətirən nukleotidlərin bir dənəsinin belə necə əmələ gəldiyini təsadüflərlə izah etmək mümkün olmadığı halda, xəyali nukelotidlər necə nizamlı şəkildə düzülərək DNT-ni yaradıblar? Təkamülçü bioloq Con Horqan (John Horgan) RNT-nin təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:

“Tədqiqatçılar “RNT dünyası”fərziyyəsini xırdalıqlarına qədər araşdırdıqda daha çox problemlə üzləşirlər. RNT ilk dəfə necə əmələ gəlib? RNT və hissəciklərinin laborotoriyada ən müasir texnologiya ilə sintezləmək belə çox çətin olduğu halda, prebiotik (həyatdan əvvəl) mühitdə bu, necə baş verib?”

  • Təsadüfən yarandığını qəbul etsək belə, təkcə bir nukleoid zəncirindən ibarət olan RNT molekulu hansı şüurla özünü kopyalamağa qərar vermiş və hansı mexanizmlə bu kopyalama həyata keçirilmişdir? Özünü kopyalayarkən istifadə edəcəyi nukleotidləri haradan tapmışdır? Təkamülçü mikrobioloqlar Cerald Coys (Gerald Joyce) və Lesli Orqel bu acınacaqlı vəziyyəti belə dilə gətirirlər:

“Mübahisə içindən çıxılmaz bir nöqtədə cəmlənir: Polinukleotid şorbasından çıxıb birdən-birə özünü kopyalayan xəyali RNT-nin əfsanəsi… Bu anlayış müasir prebiotik kimya ilə ziddiyət daşımaqla yanaşı RNT-nin özünü kopyalayan molekul olduğu fikrini də məhv edir.”

  • Digər tərəfdən, əgər ibtidai dünyada özünü kopyalayan RNT-nin və ehtiyac duyduğu saysız-hesabsız amin turşusunun olduğunu, bütün bunların təsadüfən yarandığını fərz etək belə, yenə də tək bir zülalın əmələ gəlməsi üçün kifayət deyil. Çünki RNT sadəcə zülalın quruluşu ilə bağlı məlumatı ehtiva edir. Amin turşuları isə xam maddədir. Bəs zülal istehsal edən mexanizm? RNT-ni zülal istehsalı üçün kifayət hesab etmək bir maşının kağız üstündəki layihəsini minlərlə hissənin üstünə atıb sonra maşının öz-özünə ortaya çıxmasını gözləməkdən daha məntiqsizdir. İstehsal prosesi üçün nə fabrik, nə də işçiləri var.

Bir zülal hüceyrənin içində baş verən kompleks proseslər nəticəsində bir neçə fermentin köməyi ilə ribosom adlandırılan fabrikdə istehsal edilir. Ribosom isə yenə zülallardan ibarət hüceyrə orqanoididir. Dolayısı ilə, ribosom da eyni anda təsadüfən meydana gəlməlidir. Təkamülün fanatik tərəfdarlarından, Nobel mükafatına layiq görülmüş Jak Mono (Jacques Monod) “RNT dünyası” fərziyyəsinin əsassızlığını belə ifadə edir:

“Kod (DNT və ya RNT-dəki məlumat) ötürülmədikcə məna kəsb etmir. Hüceyrədəki kod ötürmə mexanizmi ən az 50 makromolekulyar parçadan ibarətdir və bunların özləri də DNT-də kodludur. Kod bu üzvlər olmadan ötürülməz. Bu proses nə vaxt və necə bitdi? Bunun xəyalı belə həddən artıq çətindir.

İbtidai dünyada bir RNT zənciri hansı şüurla bu qərarı qəbul etmiş və hansı üsullarla 50 xüsusi təyinatlı hissəciyi tək başına yaradaraq zülal istehsalını reallaşdırmışdır? Təkamülçülər bu sualları heç cür açıqlaya bilmirlər.

San Dieqo Kaliforniya Universitetindən Stenli Millerin (Stanley Miller) və Frensis Krikin (Francis Crick) kolleqası məşhur təkamülçü dr. Lesli Orqel həyatın “RNT dünyası” ilə başlaması ehtimalını “ssenari” adlandırır. O bu barədə fikirlərini “American Scientist”in oktyabr 1994-cü il sayındakı “The Origin of Life on the Earth” başlıqlı məqalədə belə ifadə edir:

“Bu ssenarinin həyata keçməsi üçün ibtidai RNT-nin dövrümüzdəki xüsusiyyətlərindən əlavə iki xüsusiyyəti də olmalıdır: zülalların köməyi olmadan özünü kopyalama və zülal sintezinin hər mərhələsini yerinə yetirə bilmə xüsusiyyəti.”

Aydındır ki, Orqelin tələb etdiyi bu iki mürəkkəb funksiya ancaq təkamülçü təxəyyüllə mümkün ola bilər. Elmi tədqiqatlar və dəlillər isə “RNT dünyası” tezisinin cəfəng və əsassız olduğunu sübuta yetirir.

Cansız molekulların birləşərək canlı orqanizm yaratması iddiasını izah edə bilmirlər

Bura qədər bəhs etdiyimiz bütün təkamülçü nağılları bir anlıq unudaq və ibtidai dünya kimi əlverişsiz şəraitdə bir zülal molekulunun təsadüflərlə meydana gəldiyini təsəvvür edək.

Lakin bir zülalın əmələ gəlməsi kifayət deyil. Çünki eyni nəzarətsiz şəraitdə, heç bir təhlükəyə məruz qalmadan yeni zülalların təsadüflərlə əmələ gəlməsini gözləməli və bu müddət ərzində özü də məhv olmamalıdır. Beləliklə bir hüceyrənin əmələ gəlməsi üçün milyonlarla lazımi zülallar “təsadüfən” eyni yerdə və bitişik şəkildə meydana çıxmalıdırlar. Həmçinin daha əvvəl əmələ gələn zülallar ultrabənövşəyi şüalara, fiziki təsirlərə baxmayaraq məhv olmadan, səbrlə düz yanlarında digər zülalların təsadüfən yaranmasını gözləməlidirlər. Lazımi miqdarda və eyni yerdə (söhbət mikroskopik yerdən gedir) əmələ gələn bu zülallar nizamlı şəkildə birləşərək hüceyrənin orqanoidlərini əmələ gətirməlidirlər. Bu birləşmədə heç bir yad maddə, zərərli molekul, yararsız zülal olmamalıdır. Sonra bu orqanoidlər planlı, nizamlı və münasib formada birləşərək lazımi fermentləri də “tapsa”, pərdə ilə örtülsə, pərdənin içi ideal şəraiti təmin etmək xüsusi maye ilə dolsa, bir sözlə, bütün bu qeyri-mümkün proseslər baş versə belə, bu molekul yığını canlana bilərmi?

Əlbəttə, xeyr! Çünki tədqiqatlar göstərir ki, həyatın canlanması üçün təkcə canlılardakı maddələrin bir yerə toplanması kifayət deyil. Həyat üçün lazımi bütün zülalları toplayıb bir təcrübə borusuna qoysaq belə, yenə də canlı bir hüceyrə əldə edə bilmərik. Bu barədə aparılan bütün təcrübələr müvəffəqiyyətsizliklə nəticələnmişdir. Bütün təcrübələr və müşahidələr həyatın ancaq həyatdan gəldiyini sübuta yetirir. Təkamülçü təxəyyülü olan həyatın cansız maddələrdən yaranması iddiası isə, əvvəldə də qeyd etdiyimiz kimi, elmə zidd cəfəngiyyatdır.

Beləliklə, yer üzündəki ilk həyat ancaq həyatın özündən yaranmalıdır. Məhz bu “Hayy” olan (Diri, hər şeyi bilən və hər şeyə gücü çatan)Allah`ın yaratmasıdır. Həyat ancaq Onun diləməsi ilə başlayır, davam edir və sona çatır. Təkamül nəzəriyyəsi isə həyatın başlanğıcını bir tərəfə, həyatın əsasını təşkil edən materialın necə əmələ gəldiyini və birləşdiyini belə izah edə bilmir. Kardif Universitetindən tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Uikramasinq (Chandra Wickramasinghe) həyatın təsadüflərlə yarandığına uzun illər kor-koranə inandığını belə etiraf edir:

“Bir alim kimi təhsil aldığım dövrdə elmin “şüurlu yaradılış”a zidd olması ilə bağlı güclü “hipnoza” məruz qaldım. Bu anlayışa kəskin etiraz edilməli idi. Amma, Tanrıya inanmamaqüçün önə sürülən heç bir ağıllı arqument tapa bilmirəm. Biz həmişə açıq bir zehnlə düşünməyə öyrəşmişik və indi həyata gətirilə biləcək tək məntiqli cavabın təsadüfi qarışıqlıqlar deyil, yaradılış olduğu nəticəsinə gəlirik.”

...

© 2016 | Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb