Bəşəriyyət üçün dönüş mərhələsi

Hazırda bəşəriyyət tarixi mühüm dönüş mərhələsindədir. Bu mərhələ vaxtilə elm adı altında bütün dünyaya təbliğ edilənmaterialist fəlsəfəninelə məhz elmlə çürüdülməsidir. Materializm, yəni hər şeyin maddədən ibarət olduğunu iddiaedən və Allah'ı inkar edən fəlsəfə, əslində bütpərəsliyin müasir bir qoludur. Bildiyimiz kimi, qədimdən bütpərəstlər daş və taxtadan yonulmuş totemlərə, yəni cansız maddi varlıqlara ibadət edir, onları ilahlaşdırırlar. Materialist fəlsəfə isə insanın və bütün canlıların atom və molekullar tərəfindən yaradıldığını iddia edir, yəni cansız maddi varlıqları “ilahlaşdırır”.Əsassız materializm fərziyyəsinə görə cansız atomlar təsadüflər nəticəsində öz-özlərinə əmələ gəlib, uzun zaman dilimində şüur qazanaraq insanı yaradıblar.

Materializmin bu batil inancı “təkamül” adlandırılır. İlk dəfə qədim Şumerdə, daha sonra qədim Yunanıstanda bütpərəst mədəniyyətlər tərəfindən ortaya atılan “təkamül” inancı 19-cu əsrdə bir qrup materialist alim tərəfindən yenidən “dirildildi” və dünyada geniş şəkildə təbliğ edildi. Bu alimlər arasında ən məhşuru Çarlz Darvindir. Ortaya atdığı təkamül nəzəriyyəsi, 150 il ərzində elmin inkişafına ciddi zərbə vurmuş, cəfəng iddia olduğu başa düşülsə dəideoloji səbəblərə görə elm adı altında yaşadılmışdır.

Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, hazırda materializm böyük səs-küylə “can verir”. 19-cu əsrin 3 məşhur materialisti, Frey, Marks və Darvin, öz dövrlərində cəfəngfərziyyələri ilə elmi istiqamətləndirməyə nail olmuşlar. Frey və Marksın nəzəriyyələri elə ötən əsrdəsınaqdan çıxmamış, əsassızlıqları sübuta yetirilmişdir. Darvinin nəzəriyyəsi isə hazırda çökmək ərəfəsindədir.

2000-ci ilin noyabr ayında bir sıra mühüm elmi nailiyyələrin əldə edilməsi bu çöküşü daha da sürətləndirdi.

İşıq sürətini keçmək məqsədi ilə təcrübələr aparan alimlər bütün elmi biliklərini alt-üst edən kəşflə üzləşdilər. Belə ki,işıq sürətinin dəfələrlə aşıldığı təcrübədə nəticənin səbəbdən əvvəl meydana gəldiyi müşahidə edildi.Bu, 19-cu əsrdə materialist fərziyyələrəəsaslanan “Səbəbiyyət” (səbəb-nəticə) prinsipinin çürüdülməsi demək idi. Bu haqda qəzetlərdən birində "Səbəbsiz nəticənin olduğu və bir hadisənin sonunun başından əvvəl meydana gəldiyi sübut edildi" başlığı dərc etməklə kifayətləndilər. Həqiqətən də, bir hadisənin nəticəsinin “səbəblərindən” əvvəl reallaşması, bütün hadisələrin ayrı-ayrı yaradıldığının elmi dəlilidir və materializmi tamamilə çürüdür.

Bir neçə həftə sonra isətəkamülçülərinuzun müddətdir darvinizmə dəlil göstərdikləri arxeopteriks (Archaeopteryx)quş fosilinin darvinizmə dəlil deyil, zərbə olduğu müəyyənləşdi. . “Quşların əcdadı” olduğu iddia edilən arxeopteriksdən 75 milyon il əvvəl dövrümüzdəki quşlardan fərqlənməyən fosilin tapılması təkamülçüləri heyrətləndirdi. Arxeopteriksi (Archaeopteryx)quşların əcdadı kimi qələmə verən və bu canlıların dinozavrlardan törəməsi cəfəngiyyatını dəstəkləyən “Milliyet” qəzeti 25 noyabr 2000-ci il tarixli nömrəsində “Quşların əcdadı quş çıxdı” başlıqlı məqalə dərc etməyə məcbur oldu.

Eyni zamanda insan genetikasını öyrənmək məqsədi ilə həyata keçirilən “İnsan genomu” layihəsi də darvinizmə böyük zərbə oldu. Layihə nəticəsində Allah'ın canlıları üstün ağılla yaratdığını sübuta yetirən “genetik məlumat”ın incəlikləri üzə çıxdı. Bugün bu layihənin nəticələri ilə tanış olan, tək bir insan hüceyrəsində minlərlə ensiklopediya səhifəsini dolduracaq məlumat olduğunu öyrənən hər bir insan bunun böyük bir yaradılış dəlili olduğunu qavrayır.

Ancaq təkamülçülər fərziyyələri üçün zərbə olan bu layihənin nəticələrini də təhrif etməyə və təkamülə dəlil kimi göstərməyə çalışırlar. Çox kiçik bir bakteriyanın belə DNT zəncirinin necə meydana gəldiyini izah edə bilməyən təkamülçülər, “insan genləri heyvan genlərinə bənzəyir” kimi heç bir elmi əsası olmayan, ancaq cəmiyyəti istiqamətləndirmək məqsədi güdən fikirlər ortaya atırlar. Bəzi mətbuat orqanları isə həm mövzu haqqında məlumatsızlıqları, həm də qərəzli yanaşmaları səbəbi ilə insan genomu layihəsinin “təkamülə sübut” olduğnu zənn edir və ya elə göstərməyə çalışırlar.

Bu saytın əsas məqsədi təkamül yalanlarını, yaradılışa qarşı etirazların məntiqsizliyini və səthiliyini oxuculara çatdırmaqdır. Son elmi araşdırmaların da darvinizmə böyük zərbə endirdiyi məlumdur.

Saytımızdakı məqalələri oxuduqca Allah'ı inkar edən materialist fəlsəfənin artıq can verdiyini və bəşəriyyətin 21-ci əsrdə belə cəfəng düşüncələrdən xilas olaraq həqiqi yaradılış məqsədinə dönəcəyini siz də görəcəksiniz.

© 2016 | Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb