Canlıların məlumat mənbəyi:DNT
Bütün elmi təcrübələr, araşdırmalar canlıların mürəkkəb quruluşa malik olduğunu və bu quruluşun təsadüflərlə izahının mümkün olmadığını təsdiqləyir. Son dövrlərdəhəyata keçirilən “İnsan genomu” layihəsi genlərimizdəki mükəmməl və qüsursuz yaradılışı gözlər önünə sərir.
Layihə çərçivəsində dünyanın ən məşhur alimləri 10 il ərzində DNT-ni tədqiq etmiş, 3 milyard şifrə üzərində çalışmışlar. Nəticə isə alimləri çox təəccübləndirdi. Çünki insan genindəki məlumatların əksəriyyətini düzgün yerləşdirə bilmədilər.
Bu,“İnsan genomu”layihəsinin rəhbəri dr. Frensis Kolinsin “ilk dəfə insanın “istifadə kitabçasının” bir hissəsini tamamlaya bildik” sözləri ilə ifadə etdiyi kimi DNT-nin sirlərinin açılmasında başlanğıc mərhələdir.
Yüzlərlə alimin cəlb edildiyi layihənin nə üçün 10 il davam etdiyini anlamaq üçün DNT-ə yerləşən məlumatın böyüklüyünü dərk etmək lazımdır.
DNT-nin mürəkkəb quruluşu
Texnoloji məhsulların istehsal və idarəsində insanların əsrlər boyu əldə etdiyi təcrübə və bilikdən istifadə edilir. Dünyanın ən mürəkkəb sistemi olan insan bədəninin inşası üçün isə bütün lazımi məlumat və təcrübə DNT-də yerləşir. DNT hüceyrə nüvəsində yerləşən və insan vücudunun “məlumat bankı” funksiyasını yeinə yetirən molekuldur. DNT-də saxlanılan informasiyalar hüceyrələrdə və bədəndə meydana gələn minlərlə proses və sistemi idarə edir. Məsələn, insanın qan təzyiqinin yuxarı, aşağı və ya normal olması belə DNT-dəki məlumatlardan asılıdır.
Qeyd edək ki, DNT ilk insandan bəri mükəmməl və mürəkkəb quruluşa sahibdir. Heyrətamiz struktur və xüsusiyyətlərə malik bu molekulun təkamülçülərin iddia etdiyi kimi təsadüflər nəticəsində yaranması mümkün deyil. Bu fikrin əsassızlığını növbəti abzaslarda daha aydın görəcəyik.
DNT sonsuz məlumat mənbəyinin varlığına sübutdur.
İnsanın hüceyrəsində yerləşən DNT-də 1 milyon ensiklopediya səhifəsini dolduracaq qədər məlumat var. İnsanın öz DNT-sindəki məlumatı oxumağa ömrü çatmaz. Fasiləsiz hər saniyədə bir DNT şifrəsi oxunsa bu proses 100 davam edər. Çünki aparılan hesablamalara görə bu böyük ensiklopediya təxminən 3 milyard müxtəlif şifrə ehtiva edir. Əgər DNT-dəki məlumatları kağız üzərinə köçürsək uzunluğu Şimal qütbündən ekvatora qədər çatar. Bu, təxminən 1000 qalın kitaba bərabərdir.
Daha da maraqlısı, bu ucsuz-bucaqsız məlumat bazası hər bir hüceyrənin nüvəsində yerləşir. Təxminən 100 trilyon hüceyrədən ibarət insan vücudunda bu kitabxananın 100 trilyon surəti var.
DNT-dəki məlumatı insanın bilik səviyyəsi ilə müqayisə etsək qeyri-adi nəticə ilə qarşılaşarıq: 100 trilyon 1000cildlik kitab! Bu, yer üzündəki qum dənələrindən daha çoxdur. Bu ədədi hazırda dünyada yaşayan 7 milyard və indiyə qədər yaşamış saysız-hesabsız insanın sayına vursaq ağlasığmaz dərəcədə böyük, ucsuz-bucaqsız, sonsuzluq adlandıra biləcəyimiz məlumatla qarşılaşarıq.
Bu nümunələrdən “məlumat bankının” böyüklüyünü az da olsa qavraya bilərik. Dövrümüzdə ən böyük informasiya bazası kompyuter hesab olunur. Ancaq DNT ilə kompyuteri müqayisə etdikdə insanın əsrlər boyu əldə etdiyi bilik və təcrübə nəticəsində təkmilləşdirdiyi texnologiyanın təkcə bir hüceyrə nüvəsinin məlumat tutumuna çata bilmədiyini görürük.
“İnsan genomu” layihəsini həyata keçirən “Celera Genomics” şirkətinin ən məşhur mütəxəssislərindən Cin Mayers (Gene Myres) layihənin nəticəsindən bəhs edərkən DNT-dəki yaradılışa heyran qaldığını belə ifadə edir: “Məni əsl təəccübləndirən şey həyatın memarlıq üslubudur... Sistem hədsiz mürəkkəbdir. Sanki dizayn olunub... Burada (DNT-də) böyük ağıl var.”
Digər maraqlı cəhət isə,yer üzündəki bütün canlıların eyni dildə (şifrədə) yazılmış məlumatlara sahib olmasıdır. Bütün orqanizmlər, bəzi viruslar da daxil olmaqla DNT-ə sahibdir.
Gəldiyimiz nəticə: Dünyadakı bütün canlılar bir Ağıl tərəfindən yaradılmış məlumat əsasında yaşayır və çoxalır.
Bu həqiqət təkamül fərziyyəsinə böyük zərbə oldu. Çünki təkamül fərziyyəsi təsadüfə əsaslanır, təsadüf isə məlumat əmələ gətirmək qabiliyyətinə malik deyil. Hər hansı bir kağız üzərində xərçəng xəstəliyinin əlacı yazılsa, bu dərmanı hazırlayan alimi tapmaq və hətta onu mukafatlandırmaq üçün bütün insanlar səfərbər olar. Heç kəs dərmanın mürəkkəbinkağıza tökülməsi nəticəsində təsadüfən yazıldığını düşünməz. Ağıl sahibi, normal düşünən hər kəs bu yazının ancaq kimya, insan fiziologiyası, xərçəng xəstəlikləri və farmakologiya sahəsində ixtisaslaşmış mütəxəssisə aid olduğunu düşünəcəkdir.
Təkamülçülərin DNT ilə bağlı təsadüf iddiaları isə daha cəfəngdir. Çünki DNT-də hüceyrədə enerji yaratmaq üçün hansı molekulların atomlarının necə dəyişdiriləcəyi, orqanizmdəki 100 min müxtəlif növ zülalın hər birinə aid molekulyar düsturlar və bunların əmələgəlmə ardıcıllığı yazılmışdır. Bununla yanaşı DNT-də digər hüceyrələrlə məlumat mübadiləsi üçün “protokollar” və ötürücü hormonların emalı planları və s. saysız-hesabsız müxtəlif məlumatlar yerləşir.
DNT-nin öz-özünə əmələ gəldiyini ancaq bu barədə ən kiçik məlumatı belə olmayan insan iddia edər. Saysız məlumat ehtiva edən və olduqca mürəkkəb quruluşa malik molekulu təsadüf nəticəsi adlandırmaq ağılsızlıqdır. Belə ki, həyatın mənşəyi ilə bağlı təkamülçü tezislərdə, digər mövzular kimi, DNT-ni də “açılmamış sirr” adlandıraraq ört-basdır etməyə çalışırlar.
İnsanı formalaşdıran hüceyrələr
İnsanın formalaşmasında ilk mərhələ yumurtanın sperma ilə mayalanmasıdır. Yumurtanı mayalandırmaq üçün mübarizə aparan milyonlarla spermadan yalnız biri buna müvəffəq olur. Ancaq bu, şans və ya təsadüf yarışı deyil, hər mərhələsi Allah tərəfindən qədərdə müəyyən edilmişdir. Allah bir ayəsində bu həqiqəti belə bildirir:
“Sizi Biz yaratdıq. Bəs nə üçün (dirildiləcəyinizi) təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz?” (Vaqiə surəsi, 57-59)
Mayalanma zamanı doğulacaq körpənin bütün irsi xüsusiyyətlərini müəyyənləşdirən genlər birləşir. Minlərlə genin hər birinin xüsusi funksiyası vardır. Saç və göz rəngi, üzün forması, skelet sistemi, daxili orqanlar, beyin, sinir və əzələlərdəki saysız detallar bu genlər tərəfindən müəyyənləşdirlir.
Sperma və yumurtanın birləşməsindən yaranan hüceyrədə həyatımızın sonuna qədər hər hüceyrəmizdə daşıyacağımız DNT molekulunun ilk kopyası olur.
Mayalanmış yumurta adlandırılan ilk hüceyrə bədənin formalaşması üçün çoxalmalıdır.Bunu “bilən” hüceyrə bölünməyə qərar verir. Hüceyrə bölündükcə formasını dəyişir və lazımi yerlərə paylanır. Bir hüceyrədənmöcüzəvi şəkildə ət yığını deyil, vücudun hər bir nahiyyəsinə uyğun hüceyrələr yaranır. Məsələn,bir qismi göz, bir qismi ürək hüceyrələrini yaradaraq müvafiq yerlərə paylanır və ya dəri hüceyrələrinə çevrilərək bütün bədəni örtür. Daha da maraqlısı, bütün hüceyrələr əmələ gətirdikləri toxumaya lazım olan qədər çoxalırlar və bu toxumalar da qüsurszu və nizamlı şəkildə yan-yana düzülərək orqanları yaradırlar.
Bölünmə və formalaşma koordinasiyası DNT molekulu tərəfindən idarə edilir. Nəzərinizə çatdıraq ki, DNT nə ən müasir texnologiya ilə təchiz edilmiş laboratoriyada çalışan biokimyaçı, nə də saniyədə trilyonlarla əməliyyat yerinə yetirən super kompyuterdir. DNT karbon, fosfor, azot, hidrogen və oksigen kimi atomlardan ibarət molekuldur.
İnsan bədənindəki trilyonlarla hüceyrə bölünərək çoxalır. Ancaq hər bir hüceyrədəki gen müxtəlif vaxtlarda aktivləşir və beləliklə, bölünmə baş verir. Bölünərək çoxalan hər bir hüceyrədə bütün genetik məlumatlar olur, yəni hər bir hüceyrə, əslində, ürək əzələsi, dəri, qırmızı qan hüceyrəsi və ya bədənin hər hansı bir toxumasını yarada bilər. Bütün hüceyrələr vahid DNT məlumatına sahib olsa da, inkişaf mərhələlərində müxtəlif orqanlarda məhz lazımi genlər aktivləşir. Məsələn, böyrəyin əmələ gəlməsi və funksiyası ilə bağlı şifrələr hər bir hüceyrədə mövcuddur, ancaq bu genlər inkişaf müddəti yetişdikdə məhz böyrəkdə aktivləşir. Eynilə qlükoza 6-fosfat fermenti, əsasən, qaraciyərdə olur, lakin digər orqanların hər bir hüceyrəsi bu fermentin məlumatını daşıyır. Buna baxmayaraq, heç vaxt bu fermenti istehsal edə bilməzlər. Məsələn, göz hüceyrəsi bu fermenti yarada bilmir, ancaq gözümüz üçün lazım olan zülalları istehsal edir. Həmçinin sinir hüceyrələri beyin və orqanlar arasında xəbərdarlıq və əmr daşımaq, qaraciyər hüceyrələri toksinləri zərərsizləşdirmək və yağ hüceyrələrini bədənin zəif dövrləri üçün dsaxlamaq üçün mütəxəssisləşirlər. Heç biri mədə üçün lazım olan fermenti istehsal etməz. Bəs bu qüsursuz prosesi kim edir? Hüceyrələrə bölünmə və bölündükdən sonra müxtəlif funksiyaları yerinə yetirmə əmrini kim verir? Bütün hüceyrələr hansı şüurla itaət edirlər və kimin əmri ilə intizamlı fəaliyyət göstərirlər. Bütün bu proseslərin təsadüflər nəticəsində baş vermədiyi aydındır.
Bu mükəmməl sistem hüceyrələrin doğru zaman və yerdə lazımi genləri aktivləşdirməsi ilə bitmir. İnsanın yaşından asılı olaraq, orqanizmindəki hüceyrələrin sayı ən münasib miqdarda olur . “Nəzarət” genləri, demək olar ki, bütün hüceyrələrdə fasiləsiz fəaliyyət göstərir. Bəzi genlər insanın ömrü boyu çox qısa və məhdud fəaliyyət göstərir. Məsələn, körpəni əmizdirən dövrdə süt istehsalı genlər tərəfindən sürətləndirilir. Yəni bu proseslə bağlı məlumat uyğun zamanda, miqdarda və yerdə istifadə edilir. DNT-də saxlanılan milyardlarla məlumatın şüurlu, planlı, qüsursuz idarə və istifadəsi təkamülçülərin “təsadüf” ideyalarını alt-üts edir. Yer üzündəki ən sadəsindən tutmuş heç bir sistem təsadüfə əsaslanmadığı halda mikroskopik səviyyədə baş verən planlı və mütəşəkkil prosesləri təsadüflərlə izah etməyə çalışmaq məntiqsizlikdir. Təkamülçülər özləri də hüceyrədəki bölünmə və vəzifə bölgüsünü izah edə bilmədiklərini qəbul edirlər. Mikrobiologiya üzrə mütəxəssis darvinist Əli Dəmirsoy belə etiraf edir:
“Mayalanmış yumurtadan müxtəlif forma və funksiyalı hüceyrələrin meydana gəlməsinin izahı qane etmir.”2
Bütün bu mürəkkəb və qüsursuz proseslərin təsadüflərin və ya hüceyrənin əsəri olmadığı aydındır. Bəs bu prosesləri idarə edən, müəyyən məqsədlə yaradan, milyardlarla məlumatı gözlə görülməyəcək qədər kiçik bir sahəyə yerləşdirən ağıl və güc Kimə aiddir?
Hüceyrədəki ağıl
Qəbul etməliyik ki, mədədəki ya da qulaqdakı hər hansı bir hüceyrə məlumatları düzgün və qüsursuz dəyərləndirdiyi üçün insandan dəfələrlə ağıllıdır.
Bəs bu ağlın mənbəyi nədir? İnsan bədənindəki şüursuz atomlardan ibarət 100 trilyon hüceyrənin hər biri necə ayrı-ayrı ağıl və bacarıq nümayiş etdirir? Bütün elementlərin atomlarını birləşdirərək milyonlarla fərqli molekul yaratsaq belə ağıl əldə edə bilmərik. Bu molekulların böyük, kiçik, sadə və ya mürəkkəb olmasının da elə bir əhəmiyyəti yoxdur. Nəticədə bir prosesi şüurlu şəkildə təşkil və idarə edən ağıl ortaya çıxmaz.
Bəs necə olur ki, şüursuz atomlardan ibarət DNT molekulu və fermentlər saysız-hesabsız kompleks və mükəmməl prosesi qüsursuz şəkildə yerinə yetirirlər? Cavab çox sadədir: ağıl bu molekullarda və ya onları daşıyan hüceyrəyə deyil, bu molekulları funksiyaları ilə birlikdə yaradan və idarə edən Yaradana məxsusdur. Bir sözlə, ağıl əsərdə deyil, o əsəri Yaradandadır.
Ən müasir kompyuterlər belə ən kiçik detalına qədər dizayn edən, proqramlarını yükləyən və işlək vəziyyətə gətirən bir ağıl və zəkanın məhsuludur. Hüceyrə də, içindəki DNT və RNT də, bu hüceyrələrdən ibarət olan insanın özü də bir Yaradanın əsəridir. Əsər nə qədər mükəmməl, qüsursuz və təsiredici olsa da, ağıl o əsərin sahibinə məxsusdur.
Sotlun üstündəki dəftərdə bircə cümlə belə görsək dərhal kim tərəfindən yazıldığını düşünərik. Dəftər vəya qələmin təsadüfən, küləyin təsiri ilə bu cümləni yazdığını heç vaxt qəbul etmərik. DNT-də isə hər biri insan üçün həyati əhəmiyyət daşıyan milyardlarla məlumat var.
Bəs hüceyrəmiz? Dəftərdəki və ya kompyuterdəki məlumatları yazan varsa, ən müasir texnologiyadan belə daha mürəkkəb quruluşa sahib DNT kim tərəfindən hazırlanıb, yaradılıb və möcüzəvişəkildə çox kiçik hüceyrənin içinə diqqətlə yerləşdirilib? Üstəlik, DNT minlərlə il ərzində heç bir xüsusiyyətini itirməmişdir. Bu sətrləri oxumağımız, görməyimiz, nəfəs almağımız, düşünməyimiz, bir sözlə, yaşamağımız üçün hər an fəaliyyətdə olan bu hüceyrələrin kim tərəfindən və nə üçün yaradıldığını düşünməkdən daha əhəmiyyətli nə ola bilər? Səmada gördüyümüz günəşdən, bədənimizdəki DNT-ə qədər hər şeydə möhtəşəm bir dizayn, plan və nizam vardır. Bunlardan birini belə təsadüflərin nəticəsi hesab etmək ağıl və məntiqə ziddir.
Heç bir dizayn təsadüfən yaranmaz
Yəqin bir çoxumuz bəzi binaların qarşısında güllərlə binanın adının yazıldığını görmüşük. Aydındır ki, güllər orada təsadüfən hərf formasında bitməyib, onları xüsusi formada əkən, dizayn edən bir bağban vardır. Böyük ehtimalla, bağban bu gülləri əkərkən, yetişdirərkən görməmişik, lakin əsla bu mənzərənin təsadüfən yarandığını düşünmərik.
Bir sözlə, bir dizayn varsa, mütləq bir dizayner vardır! Ola bilsin ki, siz bu dizayneri görməmisiniz, ancaq əsərindən onun varlığını və məqsədini anlayırsınız.
Bu misalla izah etmək istəyirik ki, bir yerdə müəyyən bir nizam varsa, orada mütləq bir ağıl sahibinin izləri vardır. Heç bir ağıl məhsulu təsadüfən yaranmaz. Məsələn, dağın başından trilyonlarla daş yuvarlasaq təsadüflər nəticəsində bir bina tikildiyini görmərik. Əgər bir söz və ya cümlə varsa, mütləq kimsə tərəfindən yazılmışdır. Yazıçısız söz, dizaynersiz dizayn olmaz.
İnsan bədəni isə güllərlə yazılmış addan trilyonlarla dəfə daha kompleks dizayna malikdir. Bu dizaynın öz-özünə və ya təsadüfən yaranması mümkün deyil. Üstəlik, milyonlarla ildir saysız-hesabsız canlının sahib olduğu saysız-hesabsız DNT mükəmməl şəkildə ən müsair mikroskopla güclə görünən bir yerdə yerləşir və şüurlu fəaliyyət göstərir. Deməli, insanı da, hüceyrəni də, DNT-ni də qüsursuz formada yaradan bir Yaradıcı vardır. Bunun əksini iddia etmək həqiqəti danmaq, ağıl və məntiqdən uzaqlaşmaqdır.
Halbuki, hərflərin öz-özünə düzülüb bir söz belə yarada bilmədiyini tam əminliklə deyən insanlar milyardlarla atomun nizamlı şəkildə düzülərək DNT-ni təsadüfən yaratması saxtakarlağına etiraz etmirlər. Eynilə hipnoz edilən insanın təlqinlə özünü qapı, ağac və ya kərtənkələ zənn etməsi kimi...
DNT-dəki qüsursuz dizayna saysız hesabsız belə misal göstərə bilərik. Məlumatların DNT-də şifrələnməsi isə daha möhtəşəm və heyranlıq doğuran hadisədir.
DNT əlifbası
Hüceyrənin nüvəsində yerləşən DNT spiralvarı formadadır. Bu forma açıldıqda DNT təqribən 1 metr uzunluğunda nazik lentə bənzəyir. Təxminən bir metr uzunluğundakı DNT-nin mikroskopik hüceyrə nüvəsinin içində qatlanmış formada yerləşdirilməsi böyük möcüzədir və insanı düşünməyə vadar edir.
DNT-də atomların özünəməxsus düzülüşü milyardlarla şifrənin çox kiçik sahəyə yerləşməsinə imkan yaradır. 2 spiralın birləşməsindən ortaya çıxan nərdivanın hər pilləsində üç element növü; şəkər, fosfat və DNT-nin şifrələrini təşkil edən azotlu əsas vardır. Bütün insanlarda element və funksiyaların eyni olmasına baxmayaraq, onları bir-birlərindən fərqləndirən xüsusi şifrələr azot əsasları tərəfindən təşkil olunur. Dörd növü olan bu əsasların fərqli düzülüşü insanlar arasındakı müxtəlifliyi meydana gətirir. DNT molekulunda dörd növ azotlu əsas mövcuddur: adenin, quanin, timin və sitozin. Əsaslar müəyyən bir qanunla bir-birilərinə bağlanırlar. Alimlərin yeni dil adlandırdığı azotlu əsas müəyyən kod sisteminə uyğun düzülmüşdür. Burada bioloji varlığımızın bütün şifrələri saxlanılır.
DNT molekulunu yaradan bu əsaslar adlarının baş hərfləri ilə adlandırlırlar: A, T, G və C. Yəni nüvədəki bütün məlumatlar 4 hərfdən ibarət əlifbadan istifadə edilərək yığılmışdır.
DNT molekulundakı hər bir gen insan bədənindəki müəyyən bir xüsusiyyətə nəzarət edir. Boyun uzunluğu, göz rəngi, burun, qulaq, kəllənin forması və s. xüsusiyyətlər bu genlərin əmri ilə meydana gəlir. Genlərin hər birini kitab səhifələrinə bənzədə bilərik. Səhifələrin üzərində isə A- T- G- C hərflərindən ibarət yazılar vardır.
DNT-də 200 minə yaxın gen var. Genlər müvafiq zülal növünə uyğun olaraq min və 186 min arasında dəyişən nükleotidlerin xüsusi düzülüşü nəticəsində meydana gəlir. Eyni zamanda genlər insan bədənində təxminən 200 min zülalın kodunu özündə ehtiva edir və bu zülalların istehsalına nəzarət edir.
Gen sistemi
Molekulyar biologiyanın mühüm kəşflərindən biri bəzi genlərin digər genlərə təsiridir. Buna səbəb genlərin mürəkkəb sistemidir. Genetik iyerarxiyanın bünövrəsində daima təkrarlanan funksiyaları yerinə yetirən genlər vardır: saçın uzanması, hemoqlobin və ya həzm fermentlərinin istehsalı və s. funksiyalar. Bu funksiyaları yerinə yetirən “işçilərə” tənzimləyici genlər nəzarət edir, onlara çalışmaq və ya stop əmri verirlər. Məsələn, uşaqlıq dövründə hemoqlobin geninin fəaliyyətini dayandırır. Həm işçilərə, həm də “orta dərəcəli idarəçilərə” əsas idarə geni nəzarət edir. Onların qərarları onlarla, hətta yüzlərlə subunitə təsir edir. Bu genlər o qədər həyati əhəmiyyət daşıyır ki, embrion dövründə kiçik zədə almaları belə ölümlə nəticələnə bilər.
İnsan bu möcüzələr üzərində diqqətlə düşünməlidir. Genlər atomlardan təşkil olunan molekullardır. Bəs molekullar arasındakı nizamlı əlaqə necə qurulur? Bir molekul insanın boyunun artıq uzanmasını dayandırmağa necə qərar verir və bu qərarını digəri molekula necə çatdırır? Digəri isə bu qərarı necə başa düşüb tətbiq edir? Bu intizamı yaradan kimdir? Hətta milyonlarla il ərzində trilyonlarla gen eyni intizam, itaət, ağıl və şüurla funksiyasını qüsursuz yerinə yetirir.
Belə bir sistemin təsadüfən yarandığını iddia etmək cəfəngiyyatdır. Genləri ən ağıllı və ən qüsursuz formada idarə edən, şübhəsiz, hər şeyin Rəbbi olan Allah`dır.
Təsadüflərlə izahı mümkün olmayan DNT
Hal-hazırda riyaziyyat elmi DNT-dəki yazılı məlumatların əmələ gəlməsində təsadüflərə yer olmadığını sübut etmişdir. Milyonlarca pillədən ibarət olan DNT molekulunun təsadüfən yaranma ehtimalı bir yana qalsın, DNT-i təşkil edən 200.000 gendən tək bir dənəsinin belə təsadüfən əmələ gəlmə ehtimalı qeyri-mümkündür. Darvinist bir bioloq olan Frank B. Salisbury bu qeyri-mümkünlüklə bağlı olaraq bunları demişdir:
“Orta ölçülü bir zülal molekulu təxminən 300 amin turşusundan ibarətdir. Buna nəzarət edən DNT halqasında isə təxminən 1000 nukleotid olur. Bir DNT halqasında 4 nukleotid növü olduğunu nəzərə alsaq, 1000 nukleotidlik düzülüş 4 üstü 1000 fərqli formada ola bilər. Sadə loqarifma hesablaması ilə alınan bu ədəd ağlımızın qavraya bilməyəcəyi dərəcədə böyükdür. 3”
Bütün lazımi nukleotidlərin bir-birləri ilə birləşməsi üçün bütün kompleks molekullar və birləşdirici fermentlər hazır olsa belə, bu nükleotidlərin tələb olunan şəkildə düzülmə ehtimalı 4 üstü 1000, başqa sözlə 10 üstü 600-də bir ehtimalla mümkündür. Yəni insan orqanizmindəki bir zülalın DNT kodlarının təsadüfən öz-özünə əmələ gəlmə ehtimalı 1-in 10-nun yanında 600 sıfır olan nisbətinə bərabərdir. Bir sözlə, 0-a bərabərdir. Deməli, belə bir düzülüş ancaq üstün ağıl və şüura malik bir Gücün nəzarəti altında baş verə bilər. Oxuduğumuz bu yazıya diqqət yetirək. Hərflərin (hər hərf üçün fərqli çap qəlibi istifadə olunur) öz-özünə və təsadüfən yan-yana düzülərək yazı əmələ gətirdiyini iddia edən insana necə münasibət bəsləyərdiniz? Bu yazı, şübhəsiz ki, ağlı və şüuru olan biri tərəfindən yazılmışdır.
DNT də belədir. DNT-ni kəşf edən biokimyaçı Fransis Krik kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Krik fanatik darvinist olsa da, DNT-nin möcüzəvi quruluşuna şahid olduqdan sonra yazdığı əsərində bu həqiqəti belə etiraf edir: “Bugün əldə etdiyimiz məlumatları nəzərə alsaq səmimi etirafımız həyatın möcüzə nəticəsində ortaya çıxmasıdır.”4
Krikə görə həyat qətiyyən dünya üzərində öz-özünə yarana bilməz. Gördüyümüz kimi, DNT sahəsində ən güclü mütəxəssis də təkamülçü olmasına baxmayaraq, yaradılışda təsadüfə yer olmadığını anlayır. DNT-dəki məlumatların həssas tarazlığını da nəzərə alsaq təsadüfən yaradılışın mümkünsüzlüyünü daha yaxşı başa düşərik.
3 milyard hərfdən ibarət DNT bankı A-T-G-C hərflərinin bir-birinin ardınca xüsusui və mütəşəkkil düzülməsi nəticəsində. Ancaq bu düzülüşdə bir hərf səhvi belə olmamalıdır. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf diqqəti cəlb etməz. Lakin DNT-nin hər hansı pilləsindəki, məsələn, 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlanması hüceyrə üçün, dolayısı ilə, insan üçün dəhşətli nəticələrə gətirib çıxara bilər. Uşaqlarda müşahidə edilən hemofiliya (qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik) xəstəliyi belə səhv kodlaşmanın nəticəsidir. Genetik quruluşdaki ən kiçik səhvlərin belə səbəb olduğu bir çox qalıcı xəstəlik vardır. Bu xəstəliklərin səbəbi genetik koddakı milyardlarla hərfdən yalnız bir və ya bir neçəsinin səhv yerdə yerləşməsidir. Buna monqolizmi, daun sindromunu nümunə göstərə bilərik. Bu xəstəliklərin yaranmasına səbəb hər hüceyrədəki 21-ci xromosom cütündə bir artıq xromosom olmasıdır. Bir digər nümunə isə huntinqton xəstəliyidir. Xəstə 35 yaşına qədər sağlam həyat yaşayır, lakin bu yaşdan sonra birdən-birə qol, ayaq və üz əzələlərində dartılmalar başlayır. Müalicəsi olmayan bu ölümcül xəstəlik beynə də təsir etdiyi üçün xəstənin hafizəsi və idrak funksiyaları tədricən zəifləyir.
Bütün bu genetik xəstəlikər mühüm bir həqiqətə diqqət çəkir: genetik kod o qədər həssas, nizamlı və qüsursuz planlaşdırılmışdır ki, ən kiçik dəyişiklik belə ciddi fəsadlara səbəb ola bilər. Təkcə bir hərfin az və ya çox olması ölümcül xəstəliklərə və ya ömür boyu şikəstliyə gətirib çıxarır. Deməli, belə bir həssas quruluşun təsadüfən yarandığını və mutasiyalar yolu ilə inkişaf etdiyini iddia etmək məntiq və ağıla ziddir. Bəs DNT-dəki məlumat ilk dəfə necə əmələ gəlib və kodlaşıb? Həyatın mənşəyini təsadüflərlə izah etməyə çalışan təkamülçülər bununla bağlı heç bir sualı cavablandıra bilmirlər. DNT-nin, yəni genetik kodun mənşəyini soruşduqda da eyni cavabı verirlər. Məsələn, dövrümüzün məşhur təkamülçü biokimyaçılarından Lesli Orqel (Leslie E. Orgel) bu suala belə cavab verir:
“Genetik kodun mənşəyinin ümumi xüsusiyyətlərini belə hələ başa düşməmişik. Bu, həyatın mənşəyi probleminin ən sirli hissəsidir. Təkümül mərhələlərinin ardıcıllığını sübuta yetirməyimiz üçün nəzəri və ya praktiki tapıntılara ehtiyacımız var.5”
Milyonlarla səhifəlik məlumatın təsadüfən yazıldığını iddia edənlər, əlbəttə ki, çarəsiz vəziyyətdə heç bir sualı cavablandıra bilmirlər. Necə ki, hər bir əsərin və ya məlumatın yazıçısı və ya sahibi varsa, DNT-dəki məlumatın da sahibi və yaradıcısı vardır. O yaradan üstün və güclü, sonsuz elm və ağıl sahibi olan Rəbbimiz Allah'dır.
Yaradılış möcüzəsi: DNT-nin özünü kopyalaması
Daha əvvəl də qeyd etdiyimiz kimi, hüceyrələr bölünərək çoxalırlar. Belə ki, insan vücudu başlanğıcda tək bir hüceyrəyikən bölünür və nəticədə 2-4-8-16-32.. nisbətində bir sıra ilə çoxalır. Bəs bu bölünmə nəticəsində DNT-yə nə baş verir? Hüceyrədə tək bir DNT halqası olur. Halbuki yeni əmələ gələn hüceyrənin də bir DNT-yə ehtiyacı olacağı çox açıqdır. Bunu təmin etmək üçün DNT hər etapı ayrı bir möcüzə olan qeyri-adi bir sıra prosseslər meydana gətirir. Nəticədə hüceyrənin bölünməsindən qısa bir müddət əvvəl özünün bir kopyasını çıxarır və bunu yeni hüceyrəyə ötürür.
Aparılan təcrübələr göstərir ki, bölünmədən əvvəl hüceyrə şişməyə başlayır, müəyyən böyüklüyə çatdıqda isə bölünür. Hüceyrə bölünməyə uyğun formaya düşdükdə DNT özünü kopyalayır. Yəni hüceyrə bölünməyə “qərar verdikdə” içindəki bütün orqanoidlər də bu qərara uyğun hərəkət edir. Aydındır ki, hüceyrənin belə mürəkkəb bir prosesi təşkil edəcək şüuru yoxdur. Bölünmə prossesi gizli bir əmrlə başlayır və başda DNT olmaqla hüceyrənin bütün orqanoidləri bu əmrə tabe olur. DNT özünü çoxaltmaq üçün əvvəlcə iki bərabər hissəyə bölünür. Spiralvarı pilləkəni xatırladan DNT molekulu zəncirbənd kimi ortadan ikiyə bölünür. Hər iki hissə də hüceyrədəki maddələrlə tamamlanır. Beləliklə, iki yeni DNT molekulu istehsal edilir. Əməliyyatın hər mərhələsində ferment adlanan və yüksək inkişaf etmiş robotlara bənzəyən “professional” zülallar fəaliyyət göstərir. İlk baxışda sadə görünsə də, burada baş verən kiçik prosseslər belə o qədər çox və mürəkkəbdir ki, səhifələrlə yazmaq olar.
Atomların birləşməsindən ibarət olan fermentlər DNT spiralının çatışmayan hissələrini müəyyənləşdirib lazımi yerlərdən təmin edirlər. Beləliklə, DNT kopyalanır. Şüursuz mikroskopik varlıqların bu qədər mürəkkəb, ağıl və elm tələb edən prosesləri qüsursuz şəkildə yerinə yetirməsi möcüzədir və insanlar bunun üzərində düşünməlidirlər. Kopyalanma prosesində yaranan yeni DNT molekulları nəzarətedici fermentlər tərəfindən dəfələrlə yoxlanılır. Səhv (kopyalanma prosesində ən kiçik səhv belə insan üçün həyati əhəmiyyət daşıyır) aşkarlanarsa dərhal düzəldilir. Səhv yerləşdirilmiş kod qopardılır və doğru kodla əvəzlənir. Bu proses elə surətlə baş verir ki, bir dəqiqədə 3000 pilləli nukleotid istehsal edilərkən digər tərəfdən də bu fermentlər tərəfindən dəfələrlə yoxlanılır və lazımi düzəlişlər aparılır.
DNT-nin kopyalanma sürətini daha yaxşı başa düşmək üçün hüceyrənin bölünmə müddətinə diqqət yetirək. Bir hüceyrə 20-80 dəqiqə ərzində bölünür. Bu müddətdə DNT-dəki məlumat da kopyalanmalıdır. Yəni DNT-dəki 3 milyard şifrə 20-80 dəqiqə ərzində heç bir səhvə yol vermədən kopyalanır. Bu, bir kitabxana məlumatın və ya 1000 kitabın və ya bir milyon səhifəlik yazının bu qədər qısa müddətdə heç bir səhvə yol vermədən çoxaldılmasıdır. Nəzərinizə çatdıraq ki, bu əməliyyatı həyata keçirənlər ən müasir kserokopiya aparatları deyil, atomların birləşməsindən ibarət fermentlərdir. Sürətlə istehsal edilən yeni DNT molekulunda xarici təsirlər nəticəsində daha çox səhv ola bilər. Belə olduqda hüceyrədəki ribosomlar DNT-dən gələn əmrlə “DNT bərpa fermentləri” istehsal etməyə başlayırlar. Beləliklə, DNT həm müdafiə olunur, həm də özünü və nəslin davam etməsini sığortalayır. Hüceyrələr də insanlar kimi doğulur, çoxalır və ölürlər.
Ancaq hüceyrənin ömrü insan ömründən çox qısadır. Məsələn, altı ay əvvəl bədənimizin mühüm bir hissəsini təşkil edən hüceyrələrin əksəriyyəti hazırda yoxdur. Lakin vaxtında bölünərək yeni hüceyrələr yaratdıqları üçün biz indi yaşayırıq. Buna görə hüceyrələrin çoxalması, DNT-nin kopyalanması və s. proseslər nə qədər mürəkkəb olsa da, insanın yaşamağı üçün ən kiçik səhvə belə yol verilməməlidir. Ancaq qüsursuz işləyən çoxalma prosesində səhv ehtimalı 3 milyard pillədə yalnız bir pillədir. Bu səhv də fəsad törətmədən orqanizmdəki mükəmməl nəzarət mexanizmləri tərəfindən aradan qaldırlır. Daha da maraqlısı, DNT-nin həm istehsalını təmin edən, həm də quruluşuna nəzarət edən bu fermentlər DNT-dəki məlumatlara uyğun və DNT-nin əmr və nəzarəti altında istehsal edilmiş zülallardır. Buaradakı qarışıq və mürəkkəb, eyni zamada da mükəmməl və nizamlı sistemin mərhələ-mərhələ təsadüfən əmələ gəlməsi mümkün deyil. Çünki fermentin əmələ gəlməsi üçün DNT, DNT-nin yaranması üçün də ferment olmalıdır. Hər iki elementin yaranması üçün isə hüceyrə bütün orqanoidləri ilə birlikdə mükəmməl və qüsursuz şəkildə mövcud olmalıdır. Canlıların “faydalı təsadüflər” nəticəsində “mərhələ-mərhələ” inkişaf etdiyini iddia edən təkamül nəzəriyyəsi DNT-ferment paradoksu qarşısında çökür. Çünki DNT-nin və fermentin eyni anda mövcud olması labüddür. Bu, şüurlu yaradılışa dəlildir. Biz hiss etməsək də, vücudumuzda fasiləsiz milyonlarla proses baş verir. Hər kəs öz vəzifəsini mükəmməl və diqqətlə yerinə yeitirir. Allah ən böyükdən ən kiçiyə, ən sadədən ən mürəkkəbə qədər saysız-hesbsız atomu və molekulu gözəl və sağlam yaşamağımız üçün bizim xidmətimizə vermişdir. Təkcə bu nemət belə Allah`a hər an şükür etməyimiz üçün kifayətdir.
“Gecəni rahatlanmanız üçün yaradan, gündüzü (ruzi qazanmanız üçün) işıqlı edən Allah`dır. Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir.” (Ğafir surəsi,61 )
Darvinizm DNT-nin mənşəyini və müxtəlifliyini izah edə bilməz
DNT-nin necə yarandığını açıqlaya bilməyən təkamülçülər genetika ilə bağlı bütün suallar qarşısında aciz qalırlar. Belə ki, balıq, sürünən, həşərat, bitki, quş və ya insan kimi canlıların fərqli genetik məlumatlara sahib olmasını təkamülçülər əsla cavablandıra bilmirlər. DNT-dəki məlumatların uzun illər ərzində baş verən təsadüflərlə artdığını və bərabərləşdiyini iddia edirlər. Bəhs edilən təsadüflər isə mutasiyalardır. Mutasiya DNT-də radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn dəyişikliklərdir. Bəzən DNT zəncirinə təsir edən radioaktiv şüa buradakı bir və ya bir neçə zənciri qırır və ya yerini dəyişdirər. Təkamülçülərə görə canlılar bir DNT-nin mutasiyalarla (yəni qəzalar) müxtəlifləşməsi nəticəsində meydana gəlmişlər.
İddianın əsassızlığını göstərmək üçün DNT-ni kitabla müqayisə edək.Yuxarıda DNT məlumatlarının kitabdakı kimi yan-yana düzülmüş hərflərdən ibarət olduğunu qeyd etmişdik. Mutasiyalar bu “kitabın” yazılması zamanı yaranan hərf səhvlərinə oxşayır. Belə bir təcrübə keçirək: Dünya tarixi kitabının üzünü kompyuterə köçürək. Köçürmə zamanı kitabın üzünü köçürənə gözlərini bağlayıb klavituranın düymələrini təsadüfən basmağı tapşıraq. Beləliklə, eyni mətn üzərində daha bir neçə insan bu təcrübəni təkrarlasın. Bu üsulla kitabı bir neçə min dəfə əvvəldən axıra kimi köçürək, hər dəfə də mətnə bir neçə təsadüfi hərf əlavə edək...
Sizcə tarix kitabı bu üsulla inkişaf edə bilərmi? Məsələn, kitabda “Qədim Çin Tarixi” adlı yeni bölmə əmələ gələ bilərmi? Əlbəttə ki, əlavə etdiyimiz hərf səhvləri nəinki kitabı mükəmməlləşdirməyəcək, hətta oxunmaz vəziyyətə salacaq. Səhv kopyalama əməliyyatını nə qədər təkrarlasaq, bir o qədər kitab mənasını itirəcəkdir.
Ancaq təkamül fərziyyəsi iddia edir ki, “hərf səhvləri bir kitabı korlamaz, əksinə inkişaf etdirər”. Təkamülə görə DNT-də üst-üstə meydana gələn mutasiyalar (səhvlər) təsadüfən faydalı nəticələr yaratmışdır. Məsələn canlılara göz, qulaq, qanad, əl kimi orqanları, düşünmək, öyrənmək, məntiqli fikir yürütmək kimi şüur tələb edən xüsusiyyətləri qazandırmışdır.
Şübhəsiz, bu iddia biraz əvvəl bəhs etdiyimiz bir dünya tarixi kitabına səhv hərflərin yığılması nəticəsində “Qədim Çin Tarixi” bölməsinin əlavə olunmasından belə daha ağlasığmazdır. (O ki qaldı, təbiətdə səhv edən düzücü nümunəsində olduğu kimi nizamlı olaraq mutasiyalar meydana gətirən bir mexanizm yoxdur. Təbiətdəki mutasiyalar bir kitabın yazılması əsnasında meydana gələ biləcək hərf səhvlərindən çox daha nadir əmələ gəlirlər. )
Təkamül nəzəriyyəsinin canlıların mənşəyi haqqındakı açıqlamaları da elmə, ağıla və məntiqə zidd iddialardır. Bu həqiqəti qəbul edən Fransa Elmlər Akademiyasının keçmiş direktoru məşhur fransız zooloq Pier Pol Qrasse təkamülçü olmağına baxmayaraq darvinizm nəzəriyyəsinin canlıların mənşəyini açıqlaya bilmədiyini müdafiə edir. Darvinizmin əsasını təşkil edən “təsadüf” məntiqi haqqında öz fikirlərini belə ifadə edir:
“Mutasiyaların heyvanların və bitkilərin ehtiyacını təmin etdiyinə inanmaq həqiqətən çox çətindir. Ancaq darvinizm daha artığını istəyir: Tək bir məlumat, tək bir heyvan minlərlə tam faydalı təsadüflərə məruz qalmalıdır. Yəni möcüzələr adi hala çevrilməli, çox kiçik ehtimallar asanlıqla reallaşmalıdır. Xəyal qurmağı qadağan edən qanun yoxdur, ancaq elm bu işə daxil edilməməlidir.6”
Həqiqətən də, cansız maddələrin öz-özünə birləşərək DNT kimi möhtəşəm sistemlərə sahib canlıları yaratdığını iddia edən təkamül nəzəriyyəsi cəfəngiyyatdan başqa bir şey deyil.
Bütün bunlar bizi açıq-aydın bir nəticəyə gətirib çıxarır. Həyatın planı (DNT) varsa və bütün canlılar bu plana uyğun yaradılıblarsa, bu planı dizayn edən üstün bir Yaradıcı vardır. Yəni bütün canlılar, sonsuz bir güc və ağıl sahibi Allah tərəfindən yaradılmışdır. Allah Quranda bu həqiqəti belə bildirmişdir:
“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.” (Həşr surəsi, 24)
İnsanlar bugün ən müasir texnologiyanın imkanlarından istifadə edərək Allah`ın DNT-də təcəlli edən elmindən yalnız kiçik bir hissəni öyrənmək üçün cəhd edirlər.
Təkamülçülərin etirafları
Yuxarıda da qeyd etdiyimiz kimi, mükəmməl quruluşa malik DNT molekulunun necə yaranması təkamülçülərin cavablandırmaqda aciz qaldıqları minlərlə sualdan biridir. Bütün canlıları təsadüflərlə açıqlamağa çalışan təkamül nəzəriyyəsi DNT-də nizamlı və qüsursuz kodlanmış məlumatın mənbəyini qətiyyən izah edə bilmir. Buradakı tək problem DNT zəncirinin necə ortaya çıxmağı da deyil, çünki DNT zənciri içindəki məlumatlarla birlikdə mövcud olsa belə, bu, təklikdə heç bir şeyə aydınlıq gətirmir. Mütləq bu zəncirini oxuyan, kopyalayan və bu kopyalara uyğun zülallar istehsal edən fermentlər (hüceyrədə müəyyən funksiyalar daşıyan və vəzifəsini robot həssaslığı ilə yerinə yetirən böyük molekullar) də mövcud olmalıdır. Yəni canlıların mövcud olmağı üçün həm DNT adlandırdığımız məlumat bankı, həm də bu bankdakı məlumatları oxuyaraq istehsal prosesini yerinə yetirən aparatlar olmalıdır. Daha da maraqlısı isə, DNT-dəki məlumatlara uyğun zülal istehsal edən fermentlər özləri də DNT-dəki kodlara uyğun istehsal olunurlar. Yəni hüceyrənin içində elə bir fabrik vardır ki, həm növbənöv məhsullar istehsal edir, həm bu istehsalatı yerinə yetirən robot və aparatları inşa edir.
Kiçik bir çatışmazlıqdan yararsız vəziyyətə düşən bu sistemin necə ortaya çıxdığı sualı belə təkamül nəzəriyyəsini yerlə bir etməyə kifayətdir.
Alman təkamülçü Duqlas Hofştadter (Douglas R. Hofstadter) bu sual qarşısındakı çarəsizliklərini belə etiraf edir.
“Genetik məlumat onu şərh edən mexanizmlərlə (ferment və digər molekulyar orqanoidlərlə) birlikdə necə meydana çıxdı? Bu sual qarşısında özümüzü cavabla deyil, heyranlıq və təəccüb hissləri ilə məmnun etməliyik.”
Məşhur təkümlçü molekulyar biologiya üzrə mütəxəssis Lesli Orqel (Leslie Orgel) bu həqiqəti daha açıq ifadə edir:
“Son dərəcə kompleks quruluşa sahib olan fermentlərin və nukleik turşularının (RNT və DNT) eyni yerdə və eyni vaxtda təsadüfən əmələ gəlməsi ehtimal belə oluna bilməz. Ancaq bunlardan biri olmazsa digərini əldə etmək mümkün deyil. Dolayısı ilə, insan həyatın kimyəvi yollarla yaranmasının qeyri-mümkün olduğunu etiraf etməyə məcbur olur.”
“Həyatın kimyəvi yollarla yaranmasının qeyri mümkün olduğunu” demək “həyatın öz-özünə əmələ gəlməsinin qeyri-mümkün olduğunu”qəbul etməkdir. Bu həqiqət canlıların şüurlu şəkildə yaradıldığına sübutdur. Ancaq təkamülçülər bu həqiqəti sırf ideoloji səbəblərdən qəbul etmirlər. Allah`ın varlığını qəbul etməmək üçün uydurma ssenarilərə inanırlar.
Bir başqa təkamülçü Caryl P. Haskins isə DNT kodunun təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünü və bu həqiqətin yaradılışa tutarlı dəlil olduğunu belə ifadə edir:
“Biokimyəvi genetikada təkamülə aid həyati suallar hələ də cavabladırılmamışdır. Genetik kod ilk dəfə necə yaranıb və təkamül keçirib? Bütün orqanizmlərdə həm DNT-nin təkrarlanması, həm də genetik kodun oxunması prosesləri fermentlərə ehtiyac duyur. Eyni zamanda bu fermentlərin molekulyar quruluşunun DNT-də qüsursuz şəkildə qeyd edilməsi mühüm təkamülçü sirri ortaya çıxardır. Kod və kodun oxuması prosesi təkamüllə öz-özünə yaranıb? Belə bir təsadüfün baş verməsinə inanmaq ağılsızlıqdır. Bu sual Darvindən əvvəl də, sonra da təkamüldən şübhələnənlər üçün xüsusi yaradılışa ən güclü sübut olmuşdur.”9
Təkamül nəzəriyyəsinin etibarsızlığından bəhs edən “Evolution: A Theory in Crisis” (Təkamül: Böhran içində nəzəriyyə) adlı kitabın yazıçısı məşhur bioloq prof. Maykl Denton (Michael Denton) darvinistlərin cəfəng fərziyyəsindən belə bəhs edir:
“Ali canlıların genetik sistemlərinin quruluşu milyardlarla bit (komputer vahidi) məlumata və ya min cildlik bir kitabxananın içindəki bütün hərflərin düzülüşünə bərabərdir. Bu cür kompleks orqanizmləri əmələ gətirən trilyonlarla hüceyrənin inkişafını müəyyənləşdirən, əmrlər verən və nəzarət edən saysız-hesabsız mürəkkəb funksiyanın təsadüflə əmələ gəldiyini iddia etmək isə insan ağlına yönəlmiş hücumdur. Ancaq bir darvinist bu fərziyyəni zərrə şübhə duymadan qəbul edər!”10
Həqiqətən də, darvinizm ağla və məntiqə tamamilə zidd olan batil inancdır. Hər bir ağıllı insan istər DNT-ə, istərsə də təbiətin hər hansı bir guşəsinə baxsa böyük bir həqiqətin dəlillərini görər: İnsan və bütün canlılar aləmlərin Rəbbi olan uca Allah tərəfindən yaradılmışdır.
Təkamülçülərin çarəsizliyinə daha bir nümunə: “RNT ssenarisi”
Təkamülçülər ilk canlı hüceyrənin necə yarandığına aid XX əsrin əvvəllərindən etibarən müxtəlif fərziyyələr irəli sürürlər. Bu barədə ilk təkamülçü tezisi rus bioloq Oparin irəli sürdü. Oparin öz tezisində qeyd edirdi ki, milyonlarla il əvvəl ibtidai dünyada bir sıra təsadüfi kimyəvi reaksiyalar nəticəsində zülallar meydana gəldi. Bu zülallar da birləşərək hüceyrələri yaratdı. Oparinin 1930-cu illərdə ortaya atdığı bu iddianın əsassızlığı 1970-ci illərdəki kəşflərlə sübuta yetirildi: Oparinin “ibtidai atmosferi”ndə orqanik molekulların əmələ gəlməsinə şərait yaradan metan və ammonyak qazları vardı. Ancaq ibtidai atmosferin metan və ammonyak əsaslı olmadığı, əksinə orqanik molekulları parçalayan oksigenlə zəngin olduğu müəyyənləşdi.
Bu kəşf molekulyar təkamül nəzəriyyəsi üçün böyük zərbə oldu. Miller, Foks, Ponnamperuma kimi təkamülçülərin “ibtidai atmosfer” təcrübələrinin saxta olduğu aşkara çıxdı. Buna görə 80-ci illərdə təkamülçülər başqa saxtakarlıqlara əl atdılar. İlkin olaraq zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini iddia edərək “RNT dünyası” ssenarisini uydurdular. 1986-cı ildə harvardlı kimyaçı Ualter Qilbertin (Walter Gilbert) irəli sürdüyü bu ssenariyə əsasən özü-özünü kopyalayan RNT molekulu milyard illər əvvəl təsadüfən meydana çıxıb və ətraf mühitin təsiri ilə birdən-birə zülal istehsal etməyə başlayıb. Daha sonra məlumatları saxlamaq üçün ikinci molekula ehtiyac duyduğu üçün qəflətən DNT molekulu ortaya çıxıb. Xəyalların belə yanında aciz qaldğı bu ssenari həyatın başlanğıcına izahat gətirmək əvəzinə problemi daha da böyütdü və bir çox cavabsız suallar yarandı:
- RNT-ni əmələ gətirən nukleotidlərin bir dənəsinin belə necə əmələ gəldiyini təsadüflərlə izah etmək mümkün olmadığı halda, xəyali nukelotidlər necə nizamlı şəkildə düzülərək DNT-ni yaradıblar? Təkamülçü bioloq Con Horqan (John Horgan) RNT-nin təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:
“Tədqiqatçılar “RNT dünyası”fərziyyəsini xırdalıqlarına qədər araşdırdıqda daha çox problemlə üzləşirlər. RNT ilk dəfə necə əmələ gəlib? RNT və hissəciklərinin laborotoriyada ən müasir texnologiya ilə sintezləmək belə çox çətin olduğu halda, prebiotik (həyatdan əvvəl) mühitdə bu, necə baş verib?”11
- Təsadüfən yarandığını qəbul etsək belə, təkcə bir nukleoid zəncirindən ibarət olan RNT molekulu hansı şüurla özünü kopyalamağa qərar vermiş və hansı mexanizmlə bu kopyalama həyata keçirilmişdir? Özünü kopyalayarkən istifadə edəcəyi nukleotidləri haradan tapmışdır? Təkamülçü mikrobioloqlar Cerald Coys (Gerald Joyce) və Lesli Orqel bu acınacaqlı vəziyyəti belə dilə gətirirlər:
“Mübahisə içindən çıxılmaz bir nöqtədə cəmlənir: Polinukleotid şorbasından çıxıb birdən-birə özünü kopyalayan xəyali RNT-nin əfsanəsi… Bu anlayış müasir prebiotik kimya ilə ziddiyət daşımaqla yanaşı RNT-nin özünü kopyalayan molekul olduğu fikrini də məhv edir.”12
- Digər tərəfdən, əgər ibtidai dünyada özünü kopyalayan RNT-nin və ehtiyac duyduğu saysız-hesabsız amin turşusunun olduğunu, bütün bunların təsadüfən yarandığını fərz etək belə, yenə də tək bir zülalın əmələ gəlməsi üçün kifayət deyil. Çünki RNT sadəcə zülalın quruluşu ilə bağlı məlumatı ehtiva edir. Amin turşuları isə xam maddədir. Bəs zülal istehsal edən mexanizm? RNT-ni zülal istehsalı üçün kifayət hesab etmək bir maşının kağız üstündəki layihəsini minlərlə hissənin üstünə atıb sonra maşının öz-özünə ortaya çıxmasını gözləməkdən daha məntiqsizdir. İstehsal prosesi üçün nə fabrik, nə də işçiləri var.
Bir zülal hüceyrənin içində baş verən kompleks proseslər nəticəsində bir neçə fermentin köməyi ilə ribosom adlandırılan fabrikdə istehsal edilir. Ribosom isə yenə zülallardan ibarət hüceyrə orqanoididir. Dolayısı ilə, ribosom da eyni anda təsadüfən meydana gəlməlidir. Təkamülün fanatik tərəfdarlarından, Nobel mükafatına layiq görülmüş Jak Mono (Jacques Monod) “RNT dünyası” fərziyyəsinin əsassızlığını belə ifadə edir:
“Kod (DNT və ya RNT-dəki məlumat) ötürülmədikcə məna kəsb etmir. Hüceyrədəki kod ötürmə mexanizmi ən az 50 makromolekulyar parçadan ibarətdir və bunların özləri də DNT-də kodludur. Kod bu üzvlər olmadan ötürülməz. Bu proses nə vaxt və necə bitdi? Bunun xəyalı belə həddən artıq çətindir.
İbtidai dünyada bir RNT zənciri hansı şüurla bu qərarı qəbul etmiş və hansı üsullarla 50 xüsusi təyinatlı hissəciyi tək başına yaradaraq zülal istehsalını reallaşdırmışdır? Təkamülçülər bu sualları heç cür açıqlaya bilmirlər.
San Dieqo Kaliforniya Universitetindən Stenli Millerin (Stanley Miller) və Frensis Krikin (Francis Crick) kolleqası məşhur təkamülçü dr. Lesli Orqel həyatın “RNT dünyası” ilə başlaması ehtimalını “ssenari” adlandırır. O bu barədə fikirlərini “American Scientist”in oktyabr 1994-cü il sayındakı “The Origin of Life on the Earth” başlıqlı məqalədə belə ifadə edir:
“Bu ssenarinin həyata keçməsi üçün ibtidai RNT-nin dövrümüzdəki xüsusiyyətlərindən əlavə iki xüsusiyyəti də olmalıdır: zülalların köməyi olmadan özünü kopyalama və zülal sintezinin hər mərhələsini yerinə yetirə bilmə xüsusiyyəti.14”
Aydındır ki, Orqelin tələb etdiyi bu iki mürəkkəb funksiya ancaq təkamülçü təxəyyüllə mümkün ola bilər. Elmi tədqiqatlar və dəlillər isə “RNT dünyası” tezisinin cəfəng və əsassız olduğunu sübuta yetirir.
Cansız molekulların birləşərək canlı orqanizm yaratması iddiasını izah edə bilmirlər
Bura qədər bəhs etdiyimiz bütün təkamülçü nağılları bir anlıq unudaq və ibtidai dünya kimi əlverişsiz şəraitdə bir zülal molekulunun təsadüflərlə meydana gəldiyini təsəvvür edək.
Lakin bir zülalın əmələ gəlməsi kifayət deyil. Çünki eyni nəzarətsiz şəraitdə, heç bir təhlükəyə məruz qalmadan yeni zülalların təsadüflərlə əmələ gəlməsini gözləməli və bu müddət ərzində özü də məhv olmamalıdır. Beləliklə bir hüceyrənin əmələ gəlməsi üçün milyonlarla lazımi zülallar “təsadüfən” eyni yerdə və bitişik şəkildə meydana çıxmalıdırlar. Həmçinin daha əvvəl əmələ gələn zülallar ultrabənövşəyi şüalara, fiziki təsirlərə baxmayaraq məhv olmadan, səbrlə düz yanlarında digər zülalların təsadüfən yaranmasını gözləməlidirlər. Lazımi miqdarda və eyni yerdə (söhbət mikroskopik yerdən gedir) əmələ gələn bu zülallar nizamlı şəkildə birləşərək hüceyrənin orqanoidlərini əmələ gətirməlidirlər. Bu birləşmədə heç bir yad maddə, zərərli molekul, yararsız zülal olmamalıdır. Sonra bu orqanoidlər planlı, nizamlı və münasib formada birləşərək lazımi fermentləri də “tapsa”, pərdə ilə örtülsə, pərdənin içi ideal şəraiti təmin etmək xüsusi maye ilə dolsa, bir sözlə, bütün bu qeyri-mümkün proseslər baş versə belə, bu molekul yığını canlana bilərmi?
Əlbəttə, xeyr! Çünki tədqiqatlar göstərir ki, həyatın canlanması üçün təkcə canlılardakı maddələrin bir yerə toplanması kifayət deyil. Həyat üçün lazımi bütün zülalları toplayıb bir təcrübə borusuna qoysaq belə, yenə də canlı bir hüceyrə əldə edə bilmərik. Bu barədə aparılan bütün təcrübələr müvəffəqiyyətsizliklə nəticələnmişdir. Bütün təcrübələr və müşahidələr həyatın ancaq həyatdan gəldiyini sübuta yetirir. Təkamülçü təxəyyülü olan həyatın cansız maddələrdən yaranması iddiası isə, əvvəldə də qeyd etdiyimiz kimi, elmə zidd cəfəngiyyatdır.
Beləliklə, yer üzündəki ilk həyat ancaq həyatın özündən yaranmalıdır. Məhz bu “Hayy” olan (Diri, hər şeyi bilən və hər şeyə gücü çatan)Allah`ın yaratmasıdır. Həyat ancaq Onun diləməsi ilə başlayır, davam edir və sona çatır. Təkamül nəzəriyyəsi isə həyatın başlanğıcını bir tərəfə, həyatın əsasını təşkil edən materialın necə əmələ gəldiyini və birləşdiyini belə izah edə bilmir. Kardif Universitetindən tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Uikramasinq (Chandra Wickramasinghe) həyatın təsadüflərlə yarandığına uzun illər kor-koranə inandığını belə etiraf edir:
“Bir alim kimi təhsil aldığım dövrdə elmin “şüurlu yaradılış”a zidd olması ilə bağlı güclü “hipnoza” məruz qaldım. Bu anlayışa kəskin etiraz edilməli idi. Amma, Tanrıya inanmamaqüçün önə sürülən heç bir ağıllı arqument tapa bilmirəm. Biz həmişə açıq bir zehnlə düşünməyə öyrəşmişik və indi həyata gətirilə biləcək tək məntiqli cavabın təsadüfi qarışıqlıqlar deyil, yaradılış olduğu nəticəsinə gəlirik.15”
...
© 2016 | Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb