Meymun-insan bənzərliyi cəfəng iddiadır!

Bu gün insanın gen xəritəsinin çıxarılması insan-meymun qohumluğu"iddiasını çürütdü.Cəmiyyət təkamülçülərin bütün elmi kəşflər kimi, bunu da təhrif etmə cəhdlərinə aldanmamalıdır.

“İnsan genomu”layihəsi çərçivəsində insanın genoloji xəritəsinin çıxarılması böyük elmi addım oldu. Ancaq bu layihənin nəticələrinin müəyyən bir qismi bəzi təkamülçü mənbələrdə təhrif edilərək cəmiyyətə yalnış təqdim olundu. Şimpanze genlərinin insan genləri ilə 98% bənzərlik təşkil etdiyini və bunun dainsanın meymundan təkmilləşdiyini iddia edən təkamül nəzəriyyəsinə dəlil olduğunu irəli sürürlər. Əslində isə bu, təkamülçülərin cəmiyyətin bu mövzuda məlumatsızlığından istifadə edərək ortaya atdıqları “saxta” dəlildir.

 99% bənzərlik iddiası əsassızdır

Əvvəla qeyd edək ki, təkamülçülərin insan və şimpanze DNT-ləri barədə irəli sürdükləri 99% bənzərlik iddiası əsassızdır.
İnsanla şimpanzenin genetik quruluşunun 99% bir-birinə bənzədiyini demək üçün insanla yanaşı şimpanzenin də genetik xəritəsi çıxarılmalı, hər iki xəritə müqayisə edilməli və müəyyən nəticə əldə edilməlidir. Lakin indiyə qədər yalnız insanın genetik xəritəsi çıxarıldığı üçün belə bir nəticə yoxdur.
Vaxtaşırı mətbuatda səsləndirilən 99% bənzərlik iddiası bir müddət əvvəl qəsdən ortaya atılmış təbliğat xarakterli şüardır. Bu iddia insan və şimpanzenin 40-a yaxınzülalında amin turşusunun düzülüşündəki bənzərlikdən ibarətdir, ancaq insanlara şişirdilmiş formada çatdırılır. Bir neçə zülalda amin turşusu düzülüşü “DNT hibridizasiyası” adlandırılan üsulla sekans analizi (sequence analysis) edilmiş və yalnız məhdud sayda zülal müqayisə edilmişdir.


Halbuki, insanda otuz minə yaxın gen və bu genlərin kodlaşdırdığı 100 minə qədər zülal növü mövcuddur. Buna görə 100 min zülaldan yalnız 40 ədədinin oxşarlığı insan və meymun genlərinin 99% eyni olduğunu iddia etmək üçün kifayət deyil.
Sözügedən 40 zülala gəldikdə isə onların üzərində aparılan DNT müqayisəsi hələ mübahisəlidir. Bu müqayisə 1987-ci ildə Sibley və Olkvist adlı iki bioloq tərəfindən aparılmış və “Molekulyar təkamül” jurnalında dərc edilmişdir.Ancaq sonradan bu bioloqların faktlarını tədqiq edən Sariç adlı alim istifadə etdikləri üsulun etibarlılığının mübahisəli, faktların isə şişirdilmiş olduğu qənaətinə gəlmişdir.

İnsan DNT-si soxulcanın, milçəyin və toyuğun DNT-si ilə oxşarlıq təşkil edir!

Yuxarıda bəhs etdiyimiz əsas zülallar bir çox müxtəlif canlılarda da mövcud olan ortaq həyati molekullardır. Təkcə şimpanzenin deyil, müxtəlif canlılarda olan eyni növ zülalların da quruluşu insandakılarla çox bənzəyir.
“New Scientist” jurnalında dərc edilən genetik təhlillərin nəticələrindən nematod soxulcanı və insan DNT-ləri arasında 75 % oxşarlıq olduğu aydın olur. Əlbəttə bu o demək deyil ki, insanla bu soxulcanlar arasında 25%-lik fərq var!Əgər təkamülçülərin hazırladığı nəsil şəcərəsinə baxılsa, insanın daxil edildiyi Chordata Filyumu ilə Nematoda Filyumunun 530 milyon il əvvəl belə bir-birlərindən ayrı olduqları görülər.


Yaxın vaxtlarda yeni bir kəşf Türkiyə mətbuatında da əks-səda doğurdu. Drosofila növünə aid meyvə milçəklərinin genləri ilə insan genləri arasında 60 % oxşarlıq aşkarlandı.  
Həmçinin bəzi zülallar üzərində aparılan analizlər də insan genetikasının müxtəlif canlılara şimpanzedən daha yaxın olduğunu göstərir. Kembric Universitetinin tədqiqatçıları quruda yaşayan canlıların bəzi zülallarını müqayisə edərək təcrübə aparmışlar. Çox maraqlı nəticələr əldə edilmişdir. Belə ki, insanaən yaxın “qohum” toyuq, daha sonra isə timsah olmuşdur.
Təkamülçülərin insanla meymunu qohum elan edərkən istifadə etdikləri digər nümunə isə insanda 46, şimpanze və qorillərdə 48 xromosom olmasıdır. Onlar xromosom sayının yaxınlığını təkamülə dəlil hesab edirlər. Halbuki, təkamülçülərin bu məntiqi doğru olsaydı, insanın şimpanzedən daha yaxın qohumu xromosomlarının sayı (46) insandakı ilə eyni olan kartof   olardı.
Bütün bunlardan aydın olur ki, genetik bənzərlik təkamül nəzəriyyəsinə dəlil ola bilməz. Çünki genetik bənzərliklər iddia edilən təkamül sxemlərinə uyğun gəlmir, əksinə zidiyyət təşkil edir.

 

Oxşarlıqlar nə üçün təkamülə dəlil deyil?

Aydındır ki,təkamülçülərin 99 % oxşarlıq iddiası şişirdilmişdir. İki fərqli canlı növü bir-birinə 99 % oxşasa belə bu, təkamülə dəlil hesab edilə bilməz. Çünki genetik tədqiqatlargöstərir ki, növlərxüsusi şifrələrə malikdir. Bu şifrələrdə meydana gələn ən kiçik dəyişiklik belə o növün ölümü ilə nəticələnə bilər. Həmçinincanlılardakı bu xüsusi quruluş genetik şifrənin funksionallığı ilə əlaqədardır.

Bunu belə bir misalla izah edək: bir-birinə bənzəyən iki canlı növü ilə iki binanı müqayisə edək. Bu canlıların və binaların layihələrinin 99% eyni olduğunu fərz edək. Sonra da bu layihələrə əsaslanaraq ortaya çıxan canlıların formalarını və binaların quruluşlarını bir-biri ilə müqayisə edək. Nəticədə layihələri 99% eyni olan binalar bir-birinə bənzəyəcəkdir, lakin genetik quruluşları 99 % eyni olan canlılar arasında çox böyük quruluş və funksiya fərqliliyi müşahidə ediləcəkdir.

Həm canlıların, həm də binaların layihələrində 1 % fərq olmasına baxmayaraq, nə üçün binalar bir-birinə çox bənzəyir, ancaq canlılar bənzəmir? Çünki burada genetik struktur mühüm rol oynatır. Pleiotropi adlandırılan genetik qanuna əsasən canlı orqanizmində bir gen birdən çox xüsusiyyətə təsir edir. Bir xüsusiyyət isə birdən çox gen tərəfindən idarə edilir.

Deməli, iki canlı növünün genetik quruluşları arasındakı 1 % fərq olsa belə bu, çox şeyə təsir göstərir. Beləliklə, bina layihələrindəki 1 % fərq elə bir əhəmiyyət kəsb etməsə də, canlı layihələri, yəni genetik quruluşları arasındakı 1 % fərq ciddi şəkildə nəzərə çarpır. Çünki1 %-lik fərq 99 % oxşar olan genetik quruluşda kodlanmış xüsusiyyətlərə təsir edir.

Oxşarlıqların səbəbi: “Ortaq Yaradılış”

Əlbəttə, insan orqanizmi ilə digər orqanizmlər arasında molekulyar oxşarlıq olması mümkündür. Çünki eyni molekullardan əmələ gəlmişdir, eyni suyu və atmosferi istifadə edir, eyni molekullardan əmələ gələn maddələrlə qidalanır. Dolayısı ilə, maddələr mübadiləsinin və genetik quruluşlarının bənzərliyi təbiidir. Ancaq bu, təkamülün deyil, , “xüsusi yaradılışın”, yəni hər birinin eyni plan üzrə yaradılmasının nəticəsidir.

Məsələn, dünyadakı bütün körpülər, demək olar ki, eyni xammal (kərpic, dəmir, sement və s.) ilə tikilir. Ancaq körpülərin bir-birlərindən təkamül keçirərək əmələ gəldiyini demək gülünc səslənərdi. Hər biri eyni və ya oxşar xammaldan istifadə etməklə ayrı-ayrı inşa edilir. Canlıların yaradılışını da buna bənzətmək olar. Amma əlbəttə ki, canlıların quruluşu körpülərlə müqayisə edilməyəcək qədər mürəkkəbdir.

Həyat təkamül nəzəriyyəsinin iddia etdiyi kimi şüursuz təsadüflərlə deyil, sonsuz bilik və ağıl sahibi olan Uca Allah`ın yaratması ilə meydana gəlmişdir.

Nəticə

Yuxarıda sadaladıqlarımızla yanaşı mühüm bir məqama da toxunmaqistəyirik.
Bəzi səthi bənzərliklər istisna olmaqla meymunun insanlara digər canlılardan daha yaxın olduğu fikri tamamilə yanlışdır. Məsələn, zəka baxımından həndəsi möcüzə olan pətəyi hazırlayan arı və ya mühəndislik möcüzəsi toru toxuyan hörümçək insana meymundan daha yaxındır. Hətta bəzi cəhətlərinə görə daha üstün olduğunusöyləyə bilərik.


Lakin insanla meymun arasındakı fərqləri təkamülçü nağıllarla ört-basdır etmək mümkün deyil. Meymun heyvandır, şüur baxımından atdan ya da itdən fərqi yoxdur. İnsan isə şüurlu, iradəli, düşünən, danışan, ağlayan, qərar verən, mühakimə edənvarlıqdır. Bütün bu xüsusiyyətlər də sahib olduğu “ruh”unun funksiyalarıdır. İnsanla heyvan arasında keçilməz sərhəd yaradan da məhz ruhdur. Təbiətdə ruhu olan yeganə canlı insandır.
Quranda insanın sahib olduğu və onu digər canlılardan fərqləndirən bu üstün xüsusiyyət belə xəbər verilmişdir:


“Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!” (Səcdə surəsi,9)

...

© 2016 | Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb