TERMODİNAMİKANIN İKİNCİ QANUNU

  • Fizikanın ən əsas qanunlarından biri olan “Termodinamikanın ikinci qanunu” təbiətdə öz başına, təbii şərtlərlə bütün sistemlərin zaman keçdikcə nizamsızlığa, dağınıqlığa və pozulmağa doğru getdiyini göstərir. Canlı və cansız hər bir şey zaman keçdikcə xarab olur, pozulur, çürüyür, parçalanır və dağılır. Bu, əvvəl, yaxud sonda hər canlının başına gələcək hadisədir və bu qanuna qanuna görə bu qaçınılmaz müddətin geri dönüşü yoxdur.
  • Bu gerçək hər birimizin yaxından müşahidə etdiyi bir haldır. Məsələn, bir avtobusu aparıb çölə qoysanız və aylar sonra vəziyyətini yoxlasanız, əlbəttə ki, onun əvvəlki vəziyyətindən daha gözəl, daha baxımlı hala gəlməsini gözləməyəcəksiniz. Əksinə, təkərlərinin partlamış, pəncərələrinin qırılmış, motorunun çürümüş olduğunu görəcəksiniz. Bu qaçılmaz son, insanlar üçün daha sürətli keçər.
  • Termodinamikanın ikinci qanunu bu təbii zamanın, fiziki təcrübə və hesablamalarla ifadə edilmiş formasıdır.
  • Bu məşhur fizika qanunu “Endropi Qanunu” olaraq da adlandırılır. Endropi, fizikada bir sistemdə mövcud olan nizamsızlığın ölçüsüdür. Bir sitemin planlı, nizamlı və formalı quruluşdan plansız, nizamsız və formasız hala keçməsi o sistemin endropisini artırar. Bu sistemdəki nizamsızlıq nə qədər çoxdursa, ordakı endropi də o qədər çoxdur. Endropi qanunu bütün kainatın geri dönüşü olmayan bir formada daima daha düzənsiz, plansız və dağınıq bir formaya doğru getdiyini ortaya qoymuşdur.
  • Termodinamikanın İkinci Qanunu, yaxud digər adı ilə desək, Endropi qanunu, doğruluğu nəzəriyyə və təcrübə ilə tam təsdiqini tapmış qanundur. Belə ki, yüzilimizin ən böyük elm adamı qəbul edilən Albert Eynşteyn, bu qanunu “bütün elmlərin birinci qanunu” olaraq qəbul etmişdi.
  • Endropi qanunu tarixin bundan sonrakı ikinci mərhələsində hökmedici quruluş formasında özünü göstərəcək. Albert Eynşteyn, bu qanunu “bütün elmlərin birinci qanunu” kimi elan etmişdir; Sör Artur Eddington ondan bütün kainatın ən üstün fizika qanunu kimi bəhs edər1 .
  • Təkamül nəzəriyyəsi isə bütün təbiəti əhatə edən bu əsas fiziki qanunu tamamilə gözardı edərək ortaya atılmış bir iddiadır. Təkamül bu qanunla tam ziddiyət təşkil edən bir mexanizma irəli sürər. Təkamül nəzəriyyəsinə görə, dağınıq, nizamsız, cansız atomlar və molekullar zamanla öz-özlərinə təsadüflərlə bir yerə gələrək nizamlı və planlı proteinləri, DNT, RNT kimi son dərəcə kompleks molekul quruluşları, bundan sonra da daha nizamlı quruluşlara, formalara və dizayna sahib milyonlarla canlı növlərini ortaya çıxartmışlardı. Təkamülə görə, hər mərhələdə daha planlı, daha nizamlı, daha kompeks və mütəşəkkil quruluşa tərəf gedən bu xəyali müddət Endropi Qanunun ortaya qoyduğu həqiqətlərə tamamilə ziddir. Buna görə də, təkamül kimi bir mərhələnin ən başından ən sonuna qədər ehtimal edilə bilən heç bir mərhələsinin həyata keçməsi mümkün deyildir. Təkamülçülər də bu qarışıqlığın fərqindədirlər. J.H.Rush belə bildirir:

“Təkamülün komleks mərhələsi müddətində yaşam Termodinamikanın ikinci qanununda müəyyən edilən qaydaya ziddiyət təşkil edir2.”
Təkamülçü elm adamı Roger Lewin də bir başqa elmi jurnal olan “Science” dəki bir məqaləsində təkamülün termodinamik çıxmazını belə dilə gətirir:
“Bioloqların qarşılaşdıqları problem, təkamülün Termodinamikanın ikinci qanunu ilə qarşılaşdıqları açıq ziddiyətidir. Sistemlər zaman keçdikcə daha nizamsız quruluşlara doğru pozulmalıdırlar.3”

Bir təkamülçü olan George Stavropoulos, canlıların özbaşına meydana gəlməsinin termodinamik baxımından imkansızlığını və fotosintez kimi kompleks canlı mexanizmaların mənşəyini təbiət qanunları ilə açıqlanmasının mümkün olmadığını məşhur təkamülçü nəşr “American Scientist” də bu ifadələrlə qəbul edir.

“Normal şərtlərdə heç bir kompleks organik molekul Termodinamikanın ikinci qanununa uyğun olaraq heç bir zaman öz-özünə meydana gələ bilməz, əksinə, parçalanar. Gərçəkdə, bir şey nə qədər mürəkkəb quruluşa malik olarsa, o qədər zəifdir və mütləq əvvəl-axır parçalanar, dağılar. Fotosintez, bütün həyati müddətlər və həyatın özü, qarmaşıq və ya qəsdlə qarmaşıqlaşdırılmış açıqlamalara baxmayaraq, hələ də termodinamik və yaxud başqa heç bir elmi sahədə təsdiqlənə bilməmişdir4.”

Görüldüyü kimi, təkamül iddiası tamamilə fiziki qanunlara zidd olaraq ortaya atılmışdır. Termodinamikanın ikinci qanunu təkamül ssenarisinin qarşısında elmi və məntiqi baxımdan öhdəsindən gəlinməsi mümkün olmayan bir fiziki maneə qoymuşdur. Bu maneəni aşacaq heç bir elmi və əsaslı açıqlama gətirməyən təkamülçülər isə bunu ancaq xəyallarında aşa bilirlər. Məsələn, məşhur təkamülçülərdən Jeremy Rifkin təkamülün bu fiziki qanununu sehirli bir güclə aşdığına inandığını bildirir:

“Endropi Qanunu, təkamülün bu planetdəki yaşayış üçün mövcud olan bütün enerjini dağıdacağını söyləyir. Bizim təkamül anlayışımız isə bunun tam tərsinədir. Biz təkamülün sehirlə yer üzündə daha böyük dəyər və nizam artımı təmin etdiyinə inanırıq5.”
Bu sözlər təkamülün tamamilə doqmatik bir inanc olduğunu çox gözəl ifadə edir.

Açıq Sistemin Təhrif edilməsi

Təkamülçülər bütün bu açıq həqiqətlər qarşısında Termodinamikanın ikinci qanununun yalnızca “qapalı sistemlər” üçün olduğu, “açıq sistemlərin” bu qanunun xaricində qaldığı kimi təhrifə müraciət edirlər.

Açıq sistem, xaricdən enerji və maddə giriş-çıxışı olmayan bir termodinamik sitemidir. Təkamülçülər də, dünyanın bir açıq sistem olduğunu, Günəşdən daimi bir enerji axışına məruz qaldığını, beləliklə də, Endropi Qanununun dünya üçün faydasız olduğunu, nizamsız, sadə, cansız quruluşlardan nizamlı, kompleks canlıların meydana gələbiləcəyini irəli sürür.

Ancaq, burada açıq-aşkar bir təhrif vardır. Çünki bir sistemə xaricdən enerji girməzsə, bu sistemi nizamlı hala gətirmək üçün kifayət deyil. Bu enerjini istifadə edilə bilən hala gətirmək üçün xüsusi mexanizmalar lazımdır. Məsələn, bir maşının benzindəki enerjini işə çevirə bilməsi üçün motora, transmisyon sitemlərinə və bunları idarə edən kontrol mexanizmalarına ehtiyac vardır. Belə bir enerji çevirici sistemi olmasa, maşınların benzindəki enerjidən istifadə edə bilməsi mümkün olmayacaq.

Eyni vəziyyət canılara da aiddir. Bəli, canlılar enerjisini günəşdən alar. Amma günəş enerjisi, ancaq canlılardakı inanılmaz kompekslikdəki enerji çevirmə sistemləri (məsələn, bitkilərdəki fotosintez, insan və heyvanlardakı həzm sistemləri) sayəsində kimyəvi enerjiyə çevirə bilirlər. Bu enerji çevrilmə sistemi olmasa, heç bir canlı varlığını davam etdirə bilməz. Günəşin, enerji çevrilmə sitemi olmayan bir canlı üçün yandırıcı, əritici və parçalayıcı bir enerji qaynağı olmaqdan başqa bir mənası yoxdur.

Görüldüyü kimi, hər hansı bir enerji çevirici mexanizması olmayan bir sistem, açıq da olsa, qapalı da olsa, təkamül üçün heç bir avataj təşkil etmir. İlkin dünya şərtlərində təbiətdə belə bir kompeks və ağıllı mexanizmaların olduğunu isə heç kimsə iddia etmir. Onsuz da təkamülçülər baxımından bu məsələdəki problem bitkilərdəki fotosintez mexanizması kimi müasir texnologiya tərəfindən belə təqlid edilməyən kompleks enerji çevrilmə mexanizmalarının necə ortaya çıxdığı ayrıca bir sualıdır.

İlkin dünyaya xaricdən girən günəş enerjisinin də buna görə də heç bir formada nizamlılıq gətirəcək təsiri yoxdur. Çünki, istilik nə qədər artarsa artsın amino asitlər nizamlı düzülmələrdə bağ yaratmağa qarşı müqavimət göstərərlər. Amino asitlərin çox daha qarmaşıq molekullar olan proteinləri və proteinlərin də özlərindən daha kompleks və planlı quruluşlar olan hüceyrə orqanoidlərini yaratmaları üçün də yenə yalızca enerji kifayət deyil. Əsl lazım olan təsir, şüurlu bir dizayn, digər bir adı ilə yaratılışdır.

Xaos  nəzəriyyəsi Qaçışı

Termodinamikanın ikinci qanununun təkamülə böyük zərbə vurduğunu görən bəzi elm adamları yaxın keçmişdə Termodinamikanın ikinci qanununu və Təkamül nəzəriyyəsi arasındakı uçurumu aradan qaldırmaq, təkamülə yol açmaq üçün müxtılif nəzəriyyələr ortaya çıxartmağa ehtiyac duydular. Edilən bu cəhdlər isə dahi təkamül nəzəriyyəsinin gözardı edilməyən çıxılmaz qarşısında qaldığını göstərir.

Termodinamikanı və təkamülü tarazlaşdırmaq ümidi ilə ortaya atılan iddialarda ən çox adı eşidilən Belçikalı elm adamı İlya Prigoginedir.
Prigogine Xaos Quramından hərəkət edərək xaosdan(qarışıqlıqdan) nizam yarada biləcəyinə dair bir neçə fərziyyələr ortaya atmışdır. Ancaq bütün cəhdlərinə baxmayaraq Prigogine termodinamiki və təkamülü uzlaşdıra bilməmişdir. Bu vəziyyət aşağıdakı ifadələrlə də açıqca görünür.

“Yüzildən çoxdur ki, beynimizə ilişib qalan bir sual var: Termodinamikanın təqdim etdiyi və daima artan bir nizamsızlığın höküm sürdüyü bir dünyada, canlı bir varlığın təkamülünün necə bir mənası ola bilər?6”

Molekullar səviyyəsində yaratdığı nəzəriyyələrin, canlı sistemlər üçün, məsələn bir canlı hüceyrəyə aid olmadığını bilən Prigogine bu problemi belə ifadə edir:

“Xaos nəzəriyyəsi və...canlıların olduqca nizamlı olan hüceyrələri incələndikdə, bunlardakı bioloji nizamlılıq, nəzəriyyənin qarşısına açıq problem olaraq çıxır.7”

Xaos nəzəriyyəsi və buna əsaslanan spekyulasiyaların gəldiyi son nəticə budur. Təkamülü dəstəkləyən, təsdiq edən, təkamül ilə Endropi Qanunu və digər fizika qanunları arasındakı ziddiyətləri ortadan qaldıran heç bir konkret nəticə əldə edilməmişdir.

Bütün bu qaçınılmaz həqiqətlərə baxmayaraq təkamülçülər “canlılar formalaşıbsa, demək ki təkamül də baş verib” kimi ucuz sözlərə sığınmağa çalışarlar. Ancaq, açıq və konkret elmi məlumatlar canlıların və canlılardakı nizamlı, planlı və kompleks quruluşlarının qətiyyən təkamülün iddia etdiyi kimi təsadüflərlə və təbbi şərtlərlə meydana gələ bilməyəcəyini göstərir. Bu vəziyyətin də canlıların varlığını ancaq fövqəltəbii bir gücün müdaxiləsi ilə açıqlana bildiyini ortaya qoyur. Fövqəltəbii müdaxilə bütün dünyanı yoxdan var edən Allahın yaratmasıdır. Elm, hər sahədə olduğu kim Termodinamik baxımından da təkamülün imkansız olduğunu və canlıların varlığının Yaratılış xaricində bir açıqlaması olmadığını ortaya çıxarır.

1 Jeremy Rifkin, Entropy: A New World View, New York: Viking Press, 1980, s. 6.
2 J. H. Rush, The Dawn of Life, New York: Signet, 1962, s. 35.
3 Roger Lewin, "A Downward Slope to Greater Diversity", Science, Cilt 217, 24 Eylül 1982, s. 1239.
4 George P. Stavropoulos, "The Frontiers and Limits of Science", American Scientist, Cilt  65, Kasım-Aralık 1977, s. 674.
5 Jeremy Rifkin, Entropy: A New World View, s. 55.
6 Ilya Prigogine, Isabelle Stengers, Order Out of Chaos, New York: Bantam Books, 1984, s. 129.
7 Ilya Prigogine, Isabelle Stengers, Order Out of Chaos, s. 175

...

© 2016 | Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb