Bəşəriyyət üçün dönüş mərhələsi
Hazırda bəşəriyyət tarixi mühüm dönüş mərhələsindədir. Bu mərhələ vaxtilə elm adı altında
bütün dünyaya təbliğ edilənmaterialist fəlsəfəninelə məhz elmlə çürüdülməsidir. Materializm,
yəni hər şeyin maddədən ibarət olduğunu iddiaedən və Allah'ı inkar edən fəlsəfə, əslində
bütpərəsliyin müasir bir qoludur. Bildiyimiz kimi, qədimdən bütpərəstlər daş və taxtadan
yonulmuş totemlərə, yəni cansız maddi varlıqlara ibadət edir, onları ilahlaşdırırlar.
Materialist fəlsəfə isə insanın və bütün canlıların atom və molekullar tərəfindən
yaradıldığını iddia edir, yəni cansız maddi varlıqları “ilahlaşdırır”.Əsassız materializm
fərziyyəsinə görə cansız atomlar təsadüflər nəticəsində öz-özlərinə əmələ gəlib, uzun zaman
dilimində şüur qazanaraq insanı yaradıblar.
Materializmin bu batil inancı “təkamül” adlandırılır. İlk dəfə qədim Şumerdə, daha sonra
qədim Yunanıstanda bütpərəst mədəniyyətlər tərəfindən ortaya atılan “təkamül” inancı 19-cu
əsrdə bir qrup materialist alim tərəfindən yenidən “dirildildi” və dünyada geniş şəkildə
təbliğ edildi. Bu alimlər arasında ən məhşuru Çarlz Darvindir. Ortaya atdığı təkamül
nəzəriyyəsi, 150 il ərzində elmin inkişafına ciddi zərbə vurmuş, cəfəng iddia olduğu başa
düşülsə dəideoloji səbəblərə görə elm adı altında yaşadılmışdır.
Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, hazırda materializm böyük səs-küylə “can verir”.
19-cu əsrin 3 məşhur materialisti, Frey, Marks və Darvin, öz dövrlərində cəfəngfərziyyələri
ilə elmi istiqamətləndirməyə nail olmuşlar. Frey və Marksın nəzəriyyələri elə ötən
əsrdəsınaqdan çıxmamış, əsassızlıqları sübuta yetirilmişdir. Darvinin nəzəriyyəsi isə
hazırda çökmək ərəfəsindədir.
2000-ci ilin noyabr ayında bir sıra mühüm elmi nailiyyələrin əldə edilməsi bu çöküşü daha da
sürətləndirdi.
İşıq sürətini keçmək məqsədi ilə təcrübələr aparan alimlər bütün elmi biliklərini alt-üst
edən kəşflə üzləşdilər. Belə ki,işıq sürətinin dəfələrlə aşıldığı təcrübədə nəticənin
səbəbdən əvvəl meydana gəldiyi müşahidə edildi.Bu, 19-cu əsrdə materialist
fərziyyələrəəsaslanan “Səbəbiyyət” (səbəb-nəticə) prinsipinin çürüdülməsi demək idi. Bu
haqda qəzetlərdən birində "Səbəbsiz nəticənin olduğu və bir hadisənin sonunun başından
əvvəl meydana gəldiyi sübut edildi" başlığı dərc etməklə kifayətləndilər. Həqiqətən
də, bir hadisənin nəticəsinin “səbəblərindən” əvvəl reallaşması, bütün hadisələrin ayrı-ayrı
yaradıldığının elmi dəlilidir və materializmi tamamilə çürüdür.
Bir neçə həftə sonra isətəkamülçülərinuzun müddətdir darvinizmə dəlil göstərdikləri
arxeopteriks (Archaeopteryx)quş fosilinin darvinizmə dəlil deyil, zərbə olduğu
müəyyənləşdi. . “Quşların əcdadı” olduğu iddia edilən arxeopteriksdən 75 milyon il
əvvəl dövrümüzdəki quşlardan fərqlənməyən fosilin tapılması təkamülçüləri heyrətləndirdi.
Arxeopteriksi (Archaeopteryx)quşların əcdadı kimi qələmə verən və bu canlıların
dinozavrlardan törəməsi cəfəngiyyatını dəstəkləyən “Milliyet” qəzeti 25 noyabr
2000-ci il tarixli nömrəsində “Quşların əcdadı quş çıxdı” başlıqlı məqalə dərc
etməyə məcbur oldu.
Eyni zamanda insan genetikasını öyrənmək məqsədi ilə həyata keçirilən “İnsan genomu”
layihəsi də darvinizmə böyük zərbə oldu. Layihə nəticəsində Allah'ın canlıları üstün ağılla
yaratdığını sübuta yetirən “genetik məlumat”ın incəlikləri üzə çıxdı. Bugün bu layihənin
nəticələri ilə tanış olan, tək bir insan hüceyrəsində minlərlə ensiklopediya səhifəsini
dolduracaq məlumat olduğunu öyrənən hər bir insan bunun böyük bir yaradılış dəlili olduğunu
qavrayır.
Ancaq təkamülçülər fərziyyələri üçün zərbə olan bu layihənin nəticələrini də təhrif etməyə
və təkamülə dəlil kimi göstərməyə çalışırlar. Çox kiçik bir bakteriyanın belə DNT zəncirinin
necə meydana gəldiyini izah edə bilməyən təkamülçülər, “insan genləri heyvan genlərinə
bənzəyir” kimi heç bir elmi əsası olmayan, ancaq cəmiyyəti istiqamətləndirmək məqsədi güdən
fikirlər ortaya atırlar. Bəzi mətbuat orqanları isə həm mövzu haqqında məlumatsızlıqları,
həm də qərəzli yanaşmaları səbəbi ilə insan genomu layihəsinin “təkamülə sübut” olduğnu zənn
edir və ya elə göstərməyə çalışırlar.
Bu saytın əsas məqsədi təkamül yalanlarını, yaradılışa qarşı etirazların məntiqsizliyini və
səthiliyini oxuculara çatdırmaqdır. Son elmi araşdırmaların da darvinizmə böyük zərbə
endirdiyi məlumdur.
Saytımızdakı məqalələri oxuduqca Allah'ı inkar edən materialist fəlsəfənin artıq can
verdiyini və bəşəriyyətin 21-ci əsrdə belə cəfəng düşüncələrdən xilas olaraq həqiqi
yaradılış məqsədinə dönəcəyini siz də görəcəksiniz.

© 2016 | Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb